PDF Oxu

Sosial

  • 14

Akif Aşırlı: “Görün bu müxalifət nə günə qalıb ki, ...”

Akif Aşırlı: “Görün bu müxalifət nə günə qalıb ki, ...”

"İndiyədək müxalifətin "Milli Şura" kimi yaratdığı qurumların ömrü ən çox altı ay, bir il müddətinədək davam edib. Çünki bu layihələrin hər biri kənardan radikal düşərgəyə ixrac olunur". Bunu SİA-ya "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "Milli Şura" daxilində yaranan gərginliyə, parçalanmaya münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, müxalifətin daxilində olan ziddiyyətlər heç vaxt imkan vermir ki, onlar arasında səmimi birlik mövcud olsun: "Bu mənada hesab edirəm ki, "Milli Şura"nın dağılması labüd idi. Görün, bu müxalifət nə günə qalıb ki, artıq parçalanmalarını özləri etiraf edirlər. Müsavat partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli heç vaxt bir arada olmayıb və bundan sonra da olmaq niyyətləri yoxdur".

Akif Aşırlı deyib ki, "Milli Şura"da hazırda ultimativ formada iddialar hökm sürür: "Belə ki, İsa Qəmbərin, Əli Kərimlinin, Rəsul Quliyevin və onun ətrafında olan insanların öz iddiası, ultimatumları var. Bunların hər biri "Milli Şura"nın vahid namizədi olmaq niyyətindədirlər. Onlar heç seçki prosesində belə uğurlu nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, "Milli Şura"nın sədri vahid namizədi olmaq müxalifət üçün beynəlxalq aləmdə imic yaratmağa hesablanıb. Azərbaycanda seçki prosesi normal davam edir. Beləcə, bu seçki prosesində istənilən şəxs özünün düşüncəsinə, konsepsiyasına, siyasi, sosial bazasına arxalanıb uğur qazana bilər".

sia.az

Digər xəbərlər