PDF Oxu

Sosial

  • 14

Özbəkistanda keçirilən IX Şərq Təranələri Beynəlxalq Musiqi Festivalında Azərbaycan nümayəndə heyəti iştirak edir

Özbəkistanda keçirilən IX Şərq Təranələri Beynəlxalq Musiqi Festivalında Azərbaycan nümayəndə heyəti iştirak edir

Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə 1997-ci ildən qədim tarixə malik Səmərqənd şəhərində Şərq Təranələri Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivala dünyanın marağı ildən-ilə artır.

İki ildən bir keçirilən festivalda 50-dən çox ölkənin musiqi kollektivləri, dünya şöhrətli musiqi xadimləri iştirak edirlər. Sevindirici haldır ki, festivalda hər il iştirak edən Azərbaycan musiqiçiləri böyük uğurlara imza atmışlar. Belə ki, festivalın 1-ci ilində xanəndə Simarə İmnaova "Qran Pri" mükafatının sahibi olub. 2001-ci ildə Azərbaycanın xalq artisti Alim Qasımov 1-ci yerə layiq görülüb. 2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygün Bəylər festivalda 1-ciliyə layiq görülüb. Qalibiyyət ənənəsini 2009-ci ildə xanəndə Qoçaq Əsgərov davam etdirib.

2013-cü ilin 25-30 avqust tarixində Səmərqənddə keçirilən 9-cu Şərq Təranələri Festivalında Azərbaycanı tanınmış müğənni, muğam ustası Elnarə Abdullayeva "Şirvan" qrupu ilə təmsil edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan-Özbəkistan Dostluq Qrupunun üzvü, millət vəkili Etibar Hüseynov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Rəşad Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqından sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hacıyeva və Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşova da daxildir.

ZÜMRÜD

Digər xəbərlər