PDF Oxu

Sosial

  • 9

"Human Rights Watch"ın toz basmış hesabatları

"Human Rights Watch"ın toz basmış hesabatları

Azərbaycanda hökm sürən stabillik, siyasi-iqtisadi sabitlik ölkəmizi mütamadi olaraq bir sıra beynəlxalq təşkilatların qərəzli hesabatlarının hədəfinə çevirib. Xüsusilə, seçkilər ərəfəsində ölkəmizə doğru çoxsaylı qərəzli hesabatlar açıqlanır, Azərbaycan bir sıra beynəlxalq təşkilatların qərəzli hücumlarına məruz qalır.

Bu da təsadüfi deyil, çünki əksər ölkələrdə, eləcə də Qərb dövlətlərində seçki ərəfəsində təxribatçı meyillər daha da güclənir, həmin ölkələrdə xaos o həddə çatır ki, minlərlə insan işgəncələrə məruz qalır. Azərbaycanda isə daima sülh və əmin-amanlıq hökm sürür, insanlar arasında səmimiyyət, tolerantlıq mövcuddur, siyasi plüralizm və iqtisadi göstəricilər ən yüksək səviyyədə özünü büruzə verir.

Məhz bütün bunlara görə, Azərbaycanı gözü götürməyən qüvvələr seçki ərəfəsində hərəkətə keçiblər ki, dövlətimiz haqqında mənfi rəy yaradıb onun beynəlxalq imicinə zərbə vursunlar. Öz gözlərində çöpü görməyib, başqalarının gözlərində qıl axtaran "Human Rights Watch" kimi fitnəkar və təxribatçı təşkilatları insan və demokratiya faktorundan başqa hər şey maraqlandırır. Bu təşkilat açıqladığı hesabatda özünü insan hüquq və azadlıqlarının qoruyucusu kimi qələmə verərək Azərbaycanı demokratik prinsiplərə əməl etməyə çağırır. Keçək faktlar üzərin.

"Human Rights Watch" insan hüququndan tutmuş o məsələlərə qədər qeyd edir ki, bu təşkilat sadəcə gülünc doğurur.

1. Azərbaycanda adi "Kür" daşqınları ilə bağlı məsələyə toxunan bu təşkilat Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının və mafioz qruplarının Haitidə törətdikləri ilə bağlı, insanların orqanlarının satılması ilə bağlı hesabat niyə yaymamışdı? Bu təşkilatın gözləri o qədər zəif görür ki, zəlzələ və daşqınlar zamanı zərərçəkənlərə göstərilən diqqət və qayğıdan xəbərsizdirlər. Halbuki bu təşkilat Yaponiya və Haitidə, eləcə də digər ölkələrdə təbii fəlakətlər nəticəsində zərəçəkənlərlə bağlı hesabatlarnının heç bir cümləsini belə onlara həsr etmədilər. Çünki "Human Rights Watch" təşkilatını həmin dövlətlər himayə edir ki, onlar təbii fəlakətlər nəticəsində insanların orqanlarını çıxarıb büdcələrinə milyardlar axıdırlar.

2. Azərbaycan hakimiyyətini icazəli aksiyalar keçirmək üçün müxalifətə icazə verməyə səsləyən bu təşkilat qərəzini açıq-aşkar ortaya qoyur. 19 avqust mitinqi müxalifətin icazəli aksiyası idi və hakimiyyət bütün gücü ilə bu mitinqin təhlükəsizliyini təmin elədi. Eləcə də müxalifətin bu vaxta qədər keçirdiyi bütün icazəli mitinqlərində adi insident belə baş verməyib. Ancaq "Human Rights Watch" təşkilatı cavab versin görək hansı Qərb dövlətində son bir ildə müxalifətə icazə verilib ki, mitinq keçirsin? Olmayıb, əksinə, müxalifəti at nallarının altında və qaz balonları, rezin güllələrlə şikəst edən Qərb dövlətlərinin özləri əvvəlcə bu prinsipə əməl etsinlər, ondan sonra "Human Rights Watch" təşkilatını üstümüzə hücum çəkdirsinlər.

3. Gənc fəalların həbsi məsələsinə toxunan bu təşkilat çox şeyi unudur. "Hörmətli" "Human Rights Watch", sizin dediyiniz gənclər Əli Əkbər kimilərdir. Yəqin onu tanıyırsız. Siz dediyniz gənclər o kəslərdir ki, əxlaqsız hərəkətləri ilə asayişi pozur, qanunsuz aksiyalar keçirməyə cəhd edir, "Molotov" kokteyllərindən istifadə edərək Azərbaycanda xaos yaratmaq istəyir, dövlət əleyhinə təxribatçı qruplar yaradır və konkret desək, qanun nə deyirsə, onun əksini deyirlər. Sizlərdə qanunun əksinə getdiyinə görə nə qədər insan həbsdədir? Təbii ki, minlərlə. Bizim bir-iki nəfərin qulağından tutub özünüzə bayraq qazanmayın. Azərbaycanda siysi məhbus yoxdur, necə ki, sizlərdə həqiqəti görən göz yoxdur.

Bu təşkilatın hesabatını o qədər də cisddiyə almaq lazım deyil, çünki əgər fikir vermisinizsə, "Human Rights Watch" təşkilatının Azərbaycan haqqındakı əvvəlki hesabatı da indiki ilə eynidir, bir cümlə belə dəyişməyib. Azərbaycan haqqındakı hesabatı arxivləşdirib, hər 6 aydan bir yayan bu təşkilat heç olmasa, cümlələrin yerini dəyişsin, özlərini gülünc yerinə qoymasınlar.

Biz başa düşürük ki, Azərbaycanda bu il seçki ilidir və düşmənlərimiz bu və ya başqa yollarla çalışacaqlar ki, Azərbaycanın imicinə zərbə vurmaq üçün bütün iyrənc tədbirlərə əl atsınlar.

Odur ki, "Human Rights Watch" təşkilatının budəfəki hesabatı da qərəzçilikdən başqa bir şey deyil. Azərbaycan xalqının mövqeyi, ölkəmizdəki əmin-amanlıq, insan hüquqlarının ən yüksək səviyyədə qorunması nəinki bu təşkilata, bütün dünyaya bəllidir. Sadəcə, qısqanmaq yox, illərlə edə bilmədiklərinizi etmək üçün nümunə götürməyiniz bəs edər.

Samir

Digər xəbərlər