\r\n
\r\n
\r\n Ermənistan mətbuatı prezident Serj Sarkisyanın Rusiyaya səfəri zamanı prezident Vladimir Putinin qarşısında alçaldığını yazıb. Hakim partiyanın deputatı Artur Baqdasaryan da Serj Sarkisyanın düşünülməmiş və Ermənistanı günü-gündən alçaldan qərarlarından narahatlıq kecirdiklərini mətbuata vediyi acıqlamasında etiraf edib, mətbuatda qeyd edir: \"Kimə nə sübut etmək olar? Susmaq daha yaxşıdır, çünki S.Sarkisyan rejminin Ermənistanı uçuruma apardığı faktdır. Rusiyada Ermənistan alçaldı və uşaq kimi qulağımız çəkildi və bizə öz tüpürdüyümüzü udmağa məcbur elədilər. Heç olmasa, bu alçalmanı gəlin ləyaqətlə qəbul edək, əks halda çirkaba batdıqca batırıq. Yoxsa 3 sentyabr Ermənistan tarixində namussuzluq günü kimi qalacaq\".
\r\n
\r\n \"Lragir\" qəzeti iddia edir ki, erməni əhalisini fəlakətə sürükləməsinə baxmayaraq Sarkisyan rejiminə nədənsə heç kim etiraz etmir və etiraf etmək gərəkdir ki, Ermənistanda hamı bu biabırçılıqla çox asan barışır: \"S.Sarkisyan Gömrük İttifaqına daxil olmağa qərar verərkən qınaq obyekti olsa da, erməni dövlət strukturundan heç bir insan istefa vermədi, heç kim erməni icmasını məhv edə biləcək qərarları tanımadığını bildirmədi. Erməni elitası üçün, məcburiyyətsiz heç nə edə bilmirlər. Erməni icması artıq hər bir qərarı təzyiq və şantaj altında verməyə alışıb\".
\r\n
\r\n Erməni nəşri daha sonra qeyd edir ki, Ermənistan özünü Gömrük İttifaqına üzvlüyünü alçaldıcı və təhqiredici bir şəkildə nümayiş etdirdi: \"Kəddafinin sonu onun ordusunun dağıldığını göstərən zaman çatmamışdı, əslində, onun sonu onun həyatının son dəqiqələrini göstərəndə çatmışdı\". Qəzet müəllifi ermənilərə çağırış edərək yazır: \"Gəlin, erməni xalqının \"milli üstünlüyü\"nün matəmini elan edək və \"milli elita\"nın süqutunu qəbul edək. Bəlkə, bu matəm erməni icmasının erməni adını daşımasından iyrənməsinin qarşısını almağa kömək edə bildi\".
\r\n
\r\n Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Aİ-yə qəbul olmamasını və gözlənilmədən Gömrük İttifaqına üzvlüyünü Aİ-nin Ermənistan qarşısında olduqca sərt şərtlər qoyulması ilə əlaqələndirib. Belə ki, guya Aİ Ermənistanın üzvlüyünün bu ölkə ilə Dağlıq Qarabağ arasında sərhəd qoyulması təqdirində mümkünlüyünü bildirdiyindən S. Sarkisyan da Ermənistanın formal olaraq edamını imzalayan bəyanat verib.
\r\n
\r\n
\r\n
\r\n Ülkər Musazadə