PDF Oxu

Sosial

  • 8

Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır

Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır

"Müstəqilliyinə qovuşduğundan 20 ildən artıq bir dövrdə Azərbaycan, xüsusilə də, iki məsələdə diqqətə layiq nəticələr əldə edib" SİA-nın məlumatına görə, Fransa Senatının, parlamentin Enerji tədqiqat qrupu və Fransa-Qafqaz Dostluq qrupunun üzvü Jan Mari Bokel Cənubi Qafqaz regionunda Azərbaycanın geostrateji əhəmiyyətinə dair Avropa Azərbaycan Cəmiyyətinə (AAC) açıqlama verib. Jan Mari Bokel hər şeydən əvvəl qeyd edib ki, iqtisad inkişaf tempi ölkəni müasirləşdirməyə imkan verib və onun əhalisinin yaşayış standartlarının keyfiyyətini artırıb: "2005-2007-ci illər arasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi, iqtisadi artım 25-35 faiz təşkil edib. 1990-cı illərin sonunda yoxsulluq həddi 45 faiz təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 7,6 faiz olub. Neft-qaz sektorunun, aqrar və tikinti sənayesi kimi qeyri-enerji sektorunun inkişafı ilə Azərbaycan Fransa sərmayəçilərinin diqqətini cəlb edib. Bundan əlavə, Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşına çevrilib. Eləcə də, Fransa Böyük Britaniyadan sonra Azərbaycana birbaşa sərmayə qoyan ikinci böyük xarici sərmayədardır. İkinci bir tərəfdən, Azərbaycan regional təhlükəsizlik üçün də əhəmiyyətlidir. Qonşu Rusiya və İrandan tam müstəqil şəkildə həyata keçirdiyi öz cürətli xarici siyasəti ilə Azərbaycan Qərbə tamamilə açıq olub və Avropa Birliyinin enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayıb. Azərbaycan, eləcə də, Əfqanıstana NATO qoşunlarının çıxarılmasında da qabaqcıl rol oynayanlar sırasında olub. Bakı dialoq üçün regional platformaya çevrilib, bütün Avrasiya boyunca onun bu mövqeyi alqışlanıb.Qeyd edək ki, Azərbaycan bu müsbət inkişafa ərazisinin, təxminən, 20 faizinin hələ də qonşu Ermənistanın işğalı altında olduğu bir şəraitdə nail olub. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Əminəm ki, Fransa və Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrin dinamikasını bundan sonra da gücləndirəcək".

sia.az

Digər xəbərlər