PDF Oxu

Sosial

  • 8

Elman Abdullayev: “Bu gün bütün dünya diqqətini Suriyada baş verən proseslərə yönəlib”

Elman Abdullayev: “Bu gün bütün dünya diqqətini Suriyada baş verən proseslərə yönəlib”

"Əgər biz BMT Təhlükəsizlik Şurasına (TŞ) ilk sədrlik dövrümüzə nəzər salsaq görərik ki, Azərbaycan bir çox humanitar məsələləri, aspektləri müzakirə mövzusuna çevirdi. Sədrlik o demək deyil ki, tək Azərbaycanın üstünlük verdiyi məsələlər BMT TŞ-nın gündəliyinə salınacaq. Təbii ki, burada digər ölkələrin də maraqları nəzərə alınır". Bunu SİA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın ikinci müddətə BMT TŞ-ya sədrliyində müzakirə olunacaq məsələlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin gündəliyində olan başlıca prioritet məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Məlumdur ki, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarından ayrı düşüb. Hətta BMT TŞ-ya ilk sədrliyimiz dövründə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, "Azərbaycan TŞ-da ədaləti müdafiə edəcək". Bu gün Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşən xalq və dövlətdir. Ötən sədrliyimiz dövründə münaqişədən əziyyət çəkən uşaqların durumu və vəziyyətinə dair mövzu gündəliyə salınmışdı. Bununla bağlı forum belə təşkil edilmişdi. Bu günə kimi bu addımlar çox müvəffəqiyyətlə başa çatıb. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi konteksləşdirilmiş şəkildə humanitar aspektlər tərəfindən təqdim ediləndə, bu, beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edir".Elman Abdullayev deyib ki, digər tərəfdən bu gün bütün dünya diqqətini Suriyada baş verən proseslərə yönəldib: "Bu gün BMT TŞ-nin daimi və qeyri-daimi üzv ölkələri TŞ çərçivəsində bu məsələləri müzakirə edirlər. Təbii ki, Azərbaycan da BMT TŞ-nin üzvü və oktyabrın 1-dən sədri olaraq Yaxın Şərqdə gedən proseləri yaxından izləyir. Sonradan isə bununla bağlı digər üzv ölkələrlə konsultasiyalar və məsləhətləşmələr aparılır. Son zamanlar Azərbaycan tək regional konteksdən deyil, eyni zamanda beynəlxalq miqyasda çox fəal oyunçuya çevrilib. Ölkəmizin həyata keçirdiyi xarici siyasət çox fəaldır. Hətta Azərbaycan bir sıra humanitar layihələrdə (dünya ölkələrinə yardımın göstərilməsi, beynəlxalq miqyaslı humanitar tədbirlərə ev sahibliyinin edilməsi və .) iştirak edir. Ölkəmiz bu gün çox önəmli geostrateji, sivilizasiyaların qovuşduğu bir məkanda yerləşir".

sia.az

Digər xəbərlər