PDF Oxu

Sosial

  • 12

Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihələrdə müasir çörək zavodunun, kiçik və orta həcmli zeytunçuluq təsərrüfatlarının, quş kəsimi fabrikinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.

AzərTAc

Digər xəbərlər