Son günlərdə Rusiyada hadisələrin olduqca gərgin gedişatı maraqla izlənməkdədir. 1 milyondan artıq Azərbaycanlının həm təhsil almaq, həm işləmək amacı ilə Rusiyada yaşadığını nəzərə alsaq bu yaşanan gərginliyin Azərbaycanı yetərli qədər narahat etdiyini də vurğulamaq olar. Azərbaycan əsilli Orxan Zeynalovun Rusiya vətəndaşı Şerbakovu qətlə yetirməkdə şübhəli bilindiyinə görə, Rusiya hüquq mühafizə orqanları tərəfindən olmazın işgəncələrə məruz qaldığını və bunu televiziya və mətbuat vasitəsi ilə nümayiş etdirmələri şübhəli məqamlar yaradır. Söz yox ki, televiziya vasitəsi ilə Orxan Zeynalova təzyiq və işgəncələri nəzərə alsaq, bunu beynəlxalq konvensiyalara zidd olduğunu görmək mümkündür. Çünki şübhəli şəxs hələ cinayətkar demək deyil və cinayətkarın da hər bir insan kimi hüquqları pozulursa buna kimliyindən asılı olmayaraq, hər kəs hüquq qarşısında cavab verməlidir. O.Zeynlovun adı bu qədər şişirdilməsinin arxasında müəyyən siyasi ambisiyaların olduğu şübhəsizdir. Həmin siyasi ambisiyaların da dolasıyı yolla ermənilərə xidmət etdiyi də anlaşılır. Lakin qeyd edək ki, hadisələrin bu cür cərəyan etməsi nəinki Ermənistanın bir sıra maraqlarına o cümlədən Rusiyanın müəyyən qədər mənafeynə xidmət etdiyidə aşkardır. Əks halda bir qətl hadisəsində təqsirli hesab edilən, lakin bunun hələ sübuta yetirilmədiyi təqdirində bu boyda şişirdilməsinə başqa anlam vermək olmaz.
Bu məsələni xırdalıqlarına varsaq və detallarla izah etsək məsələnin su kimi aydın olduğunu və bunun düzməcə olduğunu görmüş olarıq. Belə ki, Vladimir Putin yenidən hakimiyyətə gəldiyi gündən etibarən, Rusiya MDB dövlətlərinin məcburi və ya xoşluqla Gömrük İttifaqı deyilən quruma üzv olmalarını qarşısına məqsəd qoyub. Baxmayaraq ki, bu quruma demək olar heç bir MDB dövləti daxil olmaq niyyətində deyil. Hətta Ermənistan bu ilin sentyabrın 3-nə qədər buna razı deyildi. Xatırlayırsınızsa, S.Sarkisyan Moskvaya Gİ-na girmək istəmədiyini bildirməyə getsə də, gözlənilmədən məlum oldu ki, o bunu qəbul edir və Gömrük İttifaqına üzv oldu. Bu Ermənistanın ölüm fərmanına bərabər qiymətləndirilən razılaşma hesab edilir. Çünki, Ermənistanın geosiyasi baxımdan nəzərdən keçirtsək, görərik ki, Gömrük İttifaqına Gürcüstan və Azərbaycanın üzv olmaması, Ermənistan üçün ağır nəticələr verə bilər. S.Sarkisyanın Gömrük İttifaqına üzvlüyü qarşısında Azərbaycanın və Gürcüstanın da üzv olması təminatı verilib. Baxmayaraq ki, həmin təminatı verməyə Rusiyanın əsası yox idi. Çünki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev bildirmişdi ki, Azərbaycanın Gİ-na üzv olmaq niyyətində deyil. Azərbaycanda üzvlüyü qəbul etmədiyi təqdirdə avtomatik olaraq, Gürcüstan da üzvlüyü qəbul etməyəcək. Azərbaycanı ora üzv etmək üçün bu cür siyasi nöqteyi nəzəri ilə ucuz oyunlar oynanılır. Təsəvvür edək ki, Rusiya Azərbaycanın Gömrük İttifaqına üzvlüyü üçün bir siyasi "pazl" oyunu uydurub. Orxan Zeynalov bu siyasi "pazl" oyununun sadəcə kiçik bir hissəsidir. Hansı ki, bu küçük hissə, Rusiyanın düşündüyü dil ilə desək, Azərbaycanın Gİ-na üzvlüyü üçün enmə zolağıdır. Belə ki, şübhəli hesab edilən, Orxan Zeynalov çox güman ki, gözlənilən məhkəməsində ağır şərtlər altında ömürlük həbsə məhkum ediləcək. Bu zaman Rusiyanın ehtimalına görə, Azərbaycan O.Zeynalovun Azərbaycana ekstradasiyasını tələb edəcək. Bu zaman Rusiya öz mövqeyini ortaya qoyacaq və bunun müqabilində Azərbaycanın Gömrük ittifaqına üzvlüyünü istəyəcək. Qeyd dək ki, bu günlər də Ruslan Qaraxanlı adlı azərbaycanlını qətlə yetirərək, cəsədini Azərbaycana göndərmələri, görəsən niyə hallanmır və nə üçün Rusiyanın Daxili İşlər Nazirinin hüzuruna bir terrorçu qismində aparıldığı Orxan Zeynalov qədər şişirdilmir? Hər halda Azərbaycanın mövqeyi və beynəlxalq siyasəti bu oyun ilə bir daha sınağa çəkilməsinə uğursuz cəhdd göstərildi.
Ülkər Musazadə