PDF Oxu

Sosial

  • 34

Naxçıvana yeni iritutumlu avtobuslar gətiriləcək

Naxçıvana yeni iritutumlu avtobuslar gətiriləcək

Bu il Naxçıvan Muxtar Respublikasına yeni iritutumlu avtobuslar gətiriləcək. Sərnişin sıxlığı qədim diyara yeni avtobusların gətirilməsi zərurəti yaradıb. Digər tərəfdən, muxtar respublikanın avtomobil yollarının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması müasir ictimai nəqliyyat növlərinə ehtiyacı daha da artırıb. Odur ki, şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri sürətlə yeniləşdirilir.

Hazırda Naxçıvan şəhərində sərnişindaşıma müasir iritutumlu avtobuslarla həyata keçirilir. Son illər Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, 2 "Mersedes-Benz Traveqo" , 37 "King Long" və 8 "Liaz" markalı iritutumlu avtobuslar alınaraq xəttə buraxılıb.

sia.az

Digər xəbərlər