Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin sabiq direktoru, hal-hazırda isə "Xaricdə təhsil" Dövlət Porqramı xətti ilə Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alan, aktiv həmyerlimiz Toğrul Məmmədli Azərbaycan həqiqətlərinin əcnəbi tələbələrə çatıdırılması mövzusunu şərh edib. SİA-nın məlumatına görə, o bildirib ki, müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ölkəmiz haqqında informasiya daşıyıcılarıdır: "Onları Azərbaycanın qeyri-rəsmi səfirləri də adlandırmaq olar. Bu gün Azərbaycan uğurlu xarici siyasəti ilə seçilir və regionun aparıcı ölkəsi kimi özünü bir daha sübut edir. Xarici siyasətin bir hissəsi olaraq Biz (xaricdə təhsil alan tələbələr) öz səylərimizi birləşdirməliyik. Mən qarşıdan gələn Xocalı faciəsinin növbəti il dönümü ilə əlaqədar xaricdə təhsil alan tələbələri birgə fəaliyyətə çağırıram. Birgə addımlarımız nəticəsində daha geniş insan kütləsini əhatə edərək, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında məlumat verə, qarşı tərəfin yalan və saxtalığının qarşısını ala bilərik!"Həmyerlimiz onu da vurğuladı ki, onunla birgə Qlazqoda təhsil alan azərbaycanlı tələbələr Xocalının ildönümünü sosisal şəbəkələr üzrə bir neçə aksiya və əncəbi tələbələr arasında məlumatlandırıcı tədbirlərin keçirilməsi ilə qeyd edəcək.Xatırladırıq ki, Toğrul Məmmədlinin təşkilatçılığı ilə Qlazqoda əcnəbi tələbələr arasında "Mənim adım 20 Yanvardır" (My name is 20 January) adlı anım aksiyası keçirilib.
sia.az