PDF Oxu

Sosial

  • 32

BMAM Bakıda və bölgələrdə toplantılar keçirməyə hazırlaşır

BMAM Bakıda və bölgələrdə toplantılar keçirməyə hazırlaşır

Rufiz Qonaqov: "Azərbaycanda informasiya təhlükəsizliyi siyasətinə ehtiyac var"

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, sosial şəbəkələrdə və mediada təbliği ilə bağlı lahiyəyə start verib. SİA-nın məlumatına görə, Lahiyə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək. Məqsəd ölkənin informasiya siyasətinə dəstək verilməklə yanaşı, dövlətin informasiya təhlükəsizliyi siyasəti ilə bağlı ümumi və əhatəli maarifləndirmə siyasətinin aparılmasıdır. BMAM sədri, politoloq Rufiz Qonaqov məsələ ilə bağlı bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir: "Ona görədə informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Bu hal milli təhlükəsizliyə informasiyaların cddi zərər yetirməməsi, əhalinin panik duruma düşməməsi baxımından olduqca əhəmiyyətlidir. Reallıqdır ki, Azərbaycanda informasiya resurslarının həm inkişafına , həm də informasiya təhlükəsizliyi siyasətinə ehtiyac vardır və bu sahədə müvafiq addımların atılması zərurəti yetişib. Bu baxımdan dövlətlə yanaşı, bizlərin də üzərinə vəzifələr düşür".Lahiyə çərçivəsində Bakıda və bölgələrdə yerli icra hakimiyyətləri ilə birgə ictimai müzakirələr keçiriləcək və nəticə olaraq media, ictimai sektor təmsilçiləri vətəndaş fəallarından ibarət birgə analitik qruplar yaradılacaq. Bu analitik qruplar təkliflər paketi hazırlayaraq Mərkəz rəhbərliyinə təqdim edəcək. Hazırlanan təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim ediləcək.

sia.az

Digər xəbərlər