PDF Oxu

Sosial

  • 18

İcraçı direktor: “Təbliğatı gücləndirməliyik” AÇIQLAMA

İcraçı direktor: “Təbliğatı gücləndirməliyik” AÇIQLAMA

"Ümumiyyətlə haqsız deyilən sözlərə haqq qazandırmaq mümkün deyil. Əgər ermənilərin qarşısında nəyisə sübut etməyə çalışırsansa, bu, yalnız zəiflik əlaməti sayıla bilər". Bunu SİA-ya Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev Avropa Parlamentinin və Roma Papasının uydurma erməni soyqırımı ilə bağlı işğalçı ölkəyə dəstək nümayiş etdirməsinə münasibət bildirərkən deyib.İcraçı direktorun sözlərinə görə, Ermənistanın qarşısında sadəcə olaraq faktlar, arqumentlər qoymaq lazımdır: "Ermənilər öz məkrli siyasətlərini yerinə yetirmək üçün ən çirkin yollara əl atırlar. Təbii ki, bizim təbliğatımız da davam edir, amma biz bu təbliğatı daha da gücləndirməliyik. Bundan utanmamalı və çəkinməməliyik. Dünyada siyasət özü göstərir ki, mütləq bu istiqamətdə biz öz fikrimizi hər zaman deməliyik. Ümumiyyətlə ermənilərin bu cür ağlaması, sızlaması və qondarma yubileylərinin keçirməsi özlərinə divident qazanmağa hesablanıb. Bu dividentlər tək siyasi deyil. Eyni zamanda onlar maliyyə dividentləri haqqında fikirləşirlər. Təbii ki, bundan da istifadə edərək öz prinsiplərini yerinə yetirirlər".

sia.az

Digər xəbərlər