2020-ci ilə qədər milyonlarla ölüm hallarının qarşısı alınacaq
2007-ci ildən başlayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Səhiyyə Nazirliyinin məlumatına istinadən bu ilin 20 aprel tarixindən keçirilən İmmunlaşdırma Həftəsinə 25 aprel tarixində yekun vurulacaq. Həftə çərçivəsində Azərbaycanda bir sıra tədbirlər həyata keçirilib.İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcəkdir.2015-ci il 20-25 aprel tarixində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq. Bu il AİH siyasi, peşə və şəxsi səviyyələrdə immunlaşdırma üzrə öhdəliklərin yeniləşməsi və daha da güclənməsinə yönəlmişdir. Regionda bu il AİH çərçivəsində dəyirmi masa müzakirələri, seminarlar, konfranslar və təlimlər nəzərdə tutulub. İmmunlaşdırma proqramı üzrə maraqlı tərəflər bir araya gələrək bir sıra mövzular, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin ləğvi, poliomielitdən azad ərazi statusunun saxlanılması, yeni vaksinlərin tətbiqi, vaksinlərin təhlükəsizliyi və invaziv bakterial xəstəlikləri üzərində nəzarət haqqında müzakirələr aparacaq.Ümumdünya Səhiyyə Təşkilatının digər regionlarıda İmmunlaşdırma Həftələri təşəbbüsünü müvəffəqiyətlə keçirirlər. Dünya İmmunlaşdırma Həftəsi (DİH) icmaların immunlaşdırmaya aid məlumatının və tələbatının artmasına və peyvəndin əhaliyə çatdırılması xidmətlərinin yaxşılaşdırmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün qlobal, regional və milli səylərin gucləndirilməsinə siqnal olacaq. Builki kampaniya immunlaşdırmada olan boşluqların bağlanması və peyvəndlə əhatə səviyəsinin hər yerdə yuksək olmasına diqqət yonəldir, bu da Global Vaksin Fəaliyyət Planında əks olunmuş kimi bütün icmalarda insanların peyvənd almaq imkanını tam təmin etmək yolu ilə 2020-ci ilə qədər milyonlarla ölüm hallarının qarşısını alınması deməkdir.
NƏZAKƏT