PDF Oxu

Sosial

  • 6

"Azərbaycan tarixinin Heydər Əliyev epoxası"

"Azərbaycan tarixinin Heydər Əliyev epoxası"

mövzusunda elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Universitetində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu "Gənclərin elmi araşdırmalarına dəstək" İctimai birliyi və "Səs" media qrupu ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş

"Azərbaycan tarixinin Heydər Əliyev epoxası"

mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

Məqalələr üçün tələb olunan şərtlər:

Həcmi: 5-10 səhifə

Məqalə mətninin tərtibi: A4 formatda, Times New Roman, 14 şrift, 1,5 interval, abzas 1,25, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm parametrləri ilə yığılmalıdır. Mətn sətirdən-sətirə keçirilmədən yığılmalıdır.

* I səhifədə sağ küncdən tünd qara şriftlə,müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, təmsil etdiyi müəssisənin adı, elektron ünvanı və əlaqə telefonu

* Məqalənin adı ortada tünd qara şriftlə böyük hərflərlə

* Məqalənin adının altından 3-5 açar sözlər

* Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, s. 233-234]

* Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir.

* Rus və ingilis dillərində verilən xülasədə uyğun açar sözlər də verilməlidir.

* Azərbaycan,türk dilində olan məqalələrin xülasəsi rus, rus dilində olan məqalələrin xülasəsi Azərbaycan dilində olmalıdır.

Tezis və məqalələri [email protected] ünvanına göndərə bilərsiniz.

Təşkilat komitəsi konfransın mövzusuna, formatına və qoyulan digər tələblərə cavab verməyən məqalələrin qəbul edilməməsi hüququnu özundə saxlayır.

Konfrans 6 iyun 2015-ci il tarixində keçiriləcəkdir.

Əlaqə: I korpus - Yasamal r., S.Dadaşov 84, General Akim Abbasov pr., Bakı, AZ 1141, Azərbaycan. Tel.: (+994 12) 434-76-90.

II korpus - Nəsimi r., S.Pişəvəri 36, Bakı, AZ 1102, Azərbaycan. Tel.: (+994 12) 431-48-96, 050 (384-28-97)

Digər xəbərlər