PDF Oxu

Sosial

  • 9

İlk Avropa Oyunları azərbaycançılığın təbliğində mühüm rol oynayacaq

İlk Avropa Oyunları azərbaycançılığın təbliğində mühüm rol oynayacaq

Müsahibimiz Milli Konservatoriyanın rektoru, "Şöhrət" ordenli, xalq artisti, professor Siyavuş Kərimidir

- Siyavuş müəllim, bildiyimiz kimi, müasir, qloballaşan dünyada Azərbaycan etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Ölkəmizin uğurlu daxili və xarici siyasəti Azərbaycanın inkişafını şərtləndirməklə yanaşı, bütövlükdə dünya üçün böyük töhfələrini də verməkdədir. Eləcə də, ölkəmizdə mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir, mədəniyyət institutları Avropa standartlarına uyğun qurulur. Bütün bunlar mədəniyyətin inkişafına təsirini necə göstərir?

- Bəlli həqiqətdir ki, bu gün Azərbaycan sabit ölkə, mədəniyyətlərin qovuşduğu, tolerant məkan olaraq səciyyələndirilir. Ölkəmizin beynəlxalq miqyasda tanınmasına dair bir sıra tədbirlər həyata keçirilir. Əlbəttə ki, bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirib. Dövlət tərəfindən mədəniyyət sahəsinə ayrılan diqqətin nəticəsidir ki, 2014-cü il 13 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin açılışı oldu. Milli Konservatoriyada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb və bu, tədirsin keyfiyyətinə ciddi təkan vermiş oldu. Azərbaycan mədəniyyətinin dünyada tanınması istiqamətində Milli Konservatoriyanın iştirakı da nəzərəçarpacaq dərəcədədir. Belə ki, bütün müəllim və tələbələr ölkədaxili və xarici layihələrdə fəal iştirak edirlər. Onlar sənətlərini nümayiş etdirməklə bahəm, savadlı bir Azərbaycan gəncliyi olduqlarını da gösətrə bilirlər.

Dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, tarixi abidələrimiz bərpa olunur, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Artıq Azərbaycan muğam ölkəsi olaraq da tanınır. Dünya ölkələrindən gələn qonaqlar Azərbaycan muğamını dinləyir və heyrətlərini gizlədə bilmirlər. Azərbaycan muğamı, tar ifaçılıq sənəti, aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi- Mədəni İrs Siyahısına daxil olub.

Bu gün Azərbaycan milli mədəniyyətinin tədrisində olan nailiyyətlər də dünya tərəfindən maraqla izlənilir. Azərbaycan gəlib burada təhsil almaq istəyənlərin müraciətinin sayı artıb.

"Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan ifaçılarının qısa müddət ərzində birinci yeri tutması, beynəlxalq caz festivallarında ifaçılarımızın ən qabaqcıl yerlərdən birinə sahib olması xalqımızın istedadlı olması ilə yanaşı, mədəniyyət sahəsinə dövlət tərəfindən ayrılan diqqətin ifadəsidir. Dünyada qloballaşma prosesi getdiyi bir zamanda milli musiqimiz yaşayır, inkişaf edir, zənginləşir. Azərbaycan mədəniyyəti geniş təbliğ edilir. Bu gün Azərbaycan mədəniyyətinə edilən təcavüzdən də dünyanın xəbəri var.

- Ölkəmizin mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlərlə yanaşı, bu gün idmanın inkişaf etdirilməsi istiqamətində də davamlı addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olunub. Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan sənət xadimi kimi sizcə bu oyunlar ölkəmizə nə kimi uğurlar gətirəcək?

- İlk olaraq vurğulayım ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət, Azərbaycanın idman ölkəsi kimi nüfuzunun xeyli artması bu qərarın qəbulunda öz rolunu oynamışdır. Eyni zamanda, beynəlxalq yarışların keçirilməsində ölkəmizin kifayət qədər təcrübəsi var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsini xalqımız böyük sevinclə qarşıladı. Bu gün ölkəmizdə müasir idman kompleksləri, idman arenalarının istifadəyə verilməsi yarışları yüksək səviyyədə keçirməyə imkan verəcək. İlk Avropa Oyunlarının başlanmasına qısa bir müddət qalıb. Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi və birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı və artıq Naxçıvan və Lənkəran şəhərlərində alovlandırma mərasimləri baş tutdu. İlham Əliyev məşəlin alovlandırma mərasimindəki çıxışında demişdir: "Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu oyunların keçirilməsi üçün tam hazırdır". Bu, həqiqətən də Azərbaycan reallıqlarına söykənən bir ifadədir.

- Etiraf edək ki, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr də var, bədxah qüvvələr ölkəmizin imicinə zərər yetirmək üçün müəyyən cəhdlər edirlər. Sizin bir mədəniyyət xadimi olaraq bu proseslərə münasibətinizi bilmək maraqlı olardı?

- Azərbaycanın uğurlarına sevinməyən qüvvələr həmişə olmuş, bu gün də var. Bədxahlar hər zaman ölkənin gücünə, onun inkişafına zərər yetirmək üçün manevrlər edirlər. "Evrovizion-2012" Mahnı Müsabiqəsində olduğu kimi bu maraqda olan insanların istəkləri təsirsiz qalacaq, heç bir nəticə verməyəcək. Bu gün bütün dünyada ilk Avropa Oyunlarına böyük maraq var və beynəlxalq ictimaiyyət ölkəmizin bu möhtəşəm tədbirə hazırlığını diqqətlə izləyir və qiymətləndirir. Görülən işlərdən məmnunluq ifadə olunur. Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən belə, yüksək dəyərini alıb. Bu istiqamətdə görülən işlər Cənab Prezident İlham Əliyevin xüsusi diqqəti mərkəzindədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurlu fəaliyyət göstərir. İnanırıq ki, bütün beynəlxalq yarışlar kimi ilk Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu tədbirə böyük uğurla ev sahibliyi edəcək. Bizim haqq işimizə, inkişafımıza, nüfuzumuza xələl gətirmək istəyində olanların niyyətləri boşa çıxacaq. Belə məqsədlə yaşayanlar Azərbaycanı sevməyən insanlardır. Azərbaycanlı olan hər kəs buna sevinər.

Şəhərimiz gözəlləşib, nəqliyyat infrastrukturu yenilənib. Bu gün Bakıda aparıcı brend otellər fəaliyyət göstərir. Paytaxtımızın qonaqpərvərliyi, ölkəmizdəki sülh, əmin-amanlıq gələn qonaqları heyrətləndirəcək. Bu gözəl idman bayramı ən yüksək səviyyədə baş tutuacaq və azərbaycançılığın təbliğində də əhəmiyyətli rol oynayacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Bu oyunlar üçün Avropa Oyunları daha bir təcrübə olacaqdır.

- Siyavuş müəllim, bəs musiqi ictimaiyyəti bu oyunlara hansı töhfələrini verəcək?

- Bakıda keçiriləcək Avaropa Oyunlarında da Milli Konservatoriyanın yaradıcı heyəti çox yaxından iştirak edəcək. Bununla bağlı artıq müəyyən təkliflər olunub. Bizim işimiz musiqi ilə bağlı olduğuna görə qonaqlar, idmançılar qarşısında çıxış edərək sənət və sənətkarlığımızı nümayiş etdirəcəyik. Mən əminəm ki, paytaxtımıza gələn qonaqlar, xoş təəssüratla geri dönəcəklər. Bunlar bizim uğurlardır, amma ən böyük qələbəmiz Şuşada olacaq.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər