Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Gənc istedad axtarışında musiqi festivalı" adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi qeyri-ənənəvi üsullarla istedadlı uşaqları aşkar etmək, onların həvəsləndirilməsi yolu ilə imkanlarını təmin etmək, istedadlı uşaqların peşəkar səviyyədə yetişməsinə şərait yaratmaq, informasiya çatışmazlığının aradan qaldırılması, uşaqlar və əhali arasında maarifləndirmə işi aparmaqdır. Eləcə də layihə çərçivəsində musiqi festivalının təşkil olunması ilə istedadlı uşaqların aşkar olunması, çap məhsulları vasitəsilə musiqinin əhəmiyyəti, qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin keçirilməsi, istedadlı uşaqların mükafatlandırılmasıyla həvəsləndirilməsini təmin etməkdir.
Məlum faktdır ki, uşaqların hərtərəfli inkişafında, sosial təcridlərin aradan qaldırılmasında musiqi ən mühüm vasitələrdəndir. Belə ki, musiqi məktəblərində təhsil almayan, lakin yaradıcılıq imkanları olan bir sıra uşaqlar öz imkanlarını reallaşdıra bilmirlər. Bunun səbəblərindən biri də bu cür uşaqların qeyri-formal təhsilə cəlb edilməməsinə yardım göstərməkdir.
Diqqətsizlik hər şeydən əvvəl istedadlı, lakin nəzərdən kənarda qalan uşaq və gənclərin aşkar olunmasına mane olur. Əksər hallarda həvəskar səviyyədə fəaliyyət göstərən istedadlı uşaqlar, hətta gələcəkdə peşəkar musiqiçiyə çevrilə bilirlər. Məhz bunun üçün uyğun şəraitin yaradılması və ən yaxşı format uşaqlar üçün musiqi festivallarının keçirilməsidir.
Layihə çərçivəsində Bakı şəhəri Binəqədi rayonu Fikrət Əmirov adına 6 saylı 11 illik Uşaq İncəsənət Məktəbində keçirilən festivalda 11-16 yaş arası istedadlı uşaqlar, gənclər, məcburi köçkün uşaqlar, valideynlər, KİV nümayəndələri iştirak edirdilər. Festivalda müəyyənləşdirilən yer uğrunda ümumilikdə 100 artıq uşaq iştirak etmişdir. 3 gün davam edən festival zamanı birinci yerə 20, ikinci yerə 20, üçüncü yerə isə 60 uşaq layiq görülmüşdür. Onlara təşkilatın sertifikatları təqdim olunmuşdur. Eləcə də festival iştirakçılarına təsvirli köynəklər, papaqlar, hədiyyələr verilmiş, tədbir iştirakçılarına kitabçalar paylanılmışdır. Festivalın uğurla başa çatması tədbirin uşaqların yaddaşında böyük izlər qoyacağı əminliyi yaradır.
BƏXTİMŞAH