PDF Oxu

Sosial

  • 12

İsa Həbibbəyli: "Avropa Oyunları ölkəmizin inkişafına dünyada verilən önəmin təzahürüdür"

İsa Həbibbəyli: "Avropa Oyunları ölkəmizin inkişafına dünyada verilən önəmin təzahürüdür"

"Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Artıq görülən möhtəşəm işlər tamamlanmaq üzrədir. Azərbaycanımızın qapısı nəninki Avropaya, eləcə də bütün dünyaya açıqdır". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı İsa Həbibbəyli I Avropa Oynları ilə bağlı fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək: "Bundan başqa, oyunlar Azərbaycanda digər sahələrin inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə, gələcəkdə keçiriləcək Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq".

Millət vəkili deyib ki, bütün bunlar ilk növbədə Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir və burada Ulu Öndər Heydər Əliyev siyasətinin laqiyi davamçısı Cənab Prezident İham Əliyevin müdrik, məqsədönlü addımları xüsusi önəm daşıyır: "Bütün bunlar bir daha təsdiq edir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən, bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasının sübutudur".

İsa Həbibbəyli ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, eyni zamanda I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu işlərdə gördüyü yorulmaz fəaliyyəti barədə də fikirlərini bildirib: "Bütün bunlar bir daha təsdiq edir ki, Mehriban xanımın fəaliyyəti Azərbaycanımızın dünyada və beynəlxalq aləmdəki rolunun artmasına çox əhəmiyyətli stimul verir".

İsa Həbibbəyli təəssüflə qeyd edib ki, bu gün Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrdən ibarət anti-Azərbaycan koalisiya formalaşıb və bunalar mütəmadi olaraq ölkəmizə qarşı təbliğat kampaniyasını həyata keçririlər: "Onlar 5-ci kolonun ən müxtəlif nümayəndələridir. Bu qüvvələr ölkəmizə qarşı hər cür təxribatlar həyata keçriməyə hazırdırlar və vaxtaşırı olaraq belə hərəkətlər edirlər. Amma əsas təhlükə ermənilrədir. Onlar Azərbaycanın inkişafı ilə heç cür barışa bilmirlər və Azərbaycanın bu inkişafına kölgə salmaq üçün dünyada əllərindən gələni edirlər. Hətta onlar dünyadakı bəzi qüvvələri Azərbaycana qarşı təhdidedici və beynəlxalq imicinə zərbə vuran bəyantlarla çıxış etməyə vadar edirlər. Avropa Oyunları ərəfəsində ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gəldikdə isə millət vəkili əlavə etdi ki, Azərbaycanın təhlükəsizlik qüvvələri oyunlar ərəfəsində ölkədə təhlükəsiziliyin təmin olunmasını yüksək peşəkarlıqla həyata keçirəcək və Avropa Oyunları yüksək səviyyədə keçəcək: "Ölkədə təhlükəsizliyi pozmağa cəhd edən, kimliyindən asılı olmayaraq, istənilən şəxsin və qüvvənın bütün cəhdlərinin qarşısı alınacaq."

R.KAMALQIZI

Digər xəbərlər