AKTUAL
"Le Monde" budəfəki erməniçilik mövqeyini Leyla Yunusun qızı Dinara vasitəsilə tərənnüm edib
Azərbaycanda baş tutacaq I Avropa Oyunlarının başlamasına sayılacaq günlərin qaldığı bir vaxtda erməni lobbisinin təsiri altında olan bir sıra qərəzli beynəlxalq təşkilatlar, o cümlədən sifarişlər altında fəaliyyət göstərən xarici media qurumları təxribatçı cəhdlərini davam etdirməkdədirlər. Belə ki, guya ölkədə "repressiyaların", "insan haqları pozuntularının" olduğunu iddia edən həmin təxribatçı tərəflər onların ideyaları reallaşmadıqca, daha da aqressivləşir, heç bir arqumentə və əsas söykənməyən növbəti şantaj və böhtanlarını yağdırmağa çalışırlar.
Məsələn, bu kimi təxribatçılıq cəhdlərində daha çox erməni lobbisinin himayəsi ilə işıq üzü görən Fransanın "Le Monde" qəzeti seçilir. Məsələ ondadır ki, bu, adçəkilən fransız qəzetinin I Avropa Oyunları ərəfəsində Azərbaycan dövləti haqqında növbəti məqaləsidir. Çünki az müddət öncə, təxminən ötən ayın əvvəllərində də həmin nəşr məzmunu eynilik təşkil edən məqalə ilə çıxış etmişdi. Çox yəqin ki, burada da erməni lobbisinin xüsusi əməyi mövcuddur.
Əllərinə düşən fürsəti əldən vermək istəməyərək, erməni lobbisindən daha çox pul qazanmaq yarışına girişiblər
Digər tərəfdən, I Avropa Oyunlarına dörd həftədən də az qaldığı bir vaxtda eyni təxribatçılıq qəbildən çıxış edən bir sıra anti-Azərbaycan mövqeli beynəlxalq "insan haqları təşkilatları" da əllərinə düşən fürsəti əldən vermək istəməyərək, erməni lobbisindən daha çox pul qazanmaq yarışına girişiblər. Beləliklə, bir-birlərinə qərəz, şantaj dəstəyi verən həmin qeyri-ciddi dairələr öz köhnə amplualarında qalmaqdadırlar. Ancaq bəri başdan onu da deyə bilərik ki, onların özləri də yaxşı bilirlər ki, atdıqları hər bir addım yalnız rüsvayçılıqla başa çatacaq. Çünki Azərbaycanın ictimai rəyi də bu cür hadisələrin dəfələrlə şahidinə çevrilib. Bu baxımdan, yenidən həmin məsələlərə qayıtmadan, daha bir xəyanət amilinə toxunmaq istərdik.
Leyla və Arif Yunusları "demokratiya uğrunda əzabkeşlər" kimi tərif edən "Le Monde"yə ən yaxın dəstəyi, əlbəttə ki, onların mənşəyibilinməz övladları Diana Yunusova göstərib
Məsələn, o da bəllidir ki, beynəlxalq aləmdə fəaliyyət göstərən erməni siyasi dairələrinin maraqlarını özlərini "Azərbaycan müxalifəti", "Azərbaycanın vətəndaş cəmiyyəti", yaxud da "Azərbaycan mediası" qismində təbliğ edən sapı özümüzdən olan baltalar da qorumaqdadırlar. Özü də ermənilərdən daha artıq və daha quduz şəkildə. Bu baxımdan, burada "Azadlıq" qəzetinin göstərdiyi canfəşanlığı xüsusi özəlliklə vurğulamaq yerinə düşərdi. Məsələn, Fransanın "Le Monde" qəzetinin ard-arda yazdığı yalanlar içində Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru, ölkəmizin milli-dövlətçilik maraqlarını erməni kəşfiyyatına xaincəsinə satan Leyla Yunusun və onun əri Arif Yunusun adlarının hallanması heç də təsadüfi deyil. Onları "demokratiya uğrunda əzabkeş" kimi tərif edən "Le Monde"yə isə ən yaxın dəstəkçi kimi, əlbəttə ki, Leyla və Arif Yunusların mənşəyi bilinməyən övladları Diana Yunusova çıxış edib. Məsələn, həmin yazıya diqqət yetirək. "Le Monde"də gedən yazıya diqqət yetirək: "Mənim valideynlərim Avropa Oyunları məhbuslarıdır", - deyə Leyla Yunusun qızı Dinara mayın 11-də Parisdə "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə keçirilən konfransda bildirib. Söz yox ki, əgər burada "Human Rights Watch" kimi təşkilatlar varsa və onların tədbirlərinə Leyla Yunusun qızı Diana da qatılırsa, demək, ortada erməni barmağının olması şübhəsizdir.
İki bənzər xatırlatma: Leyla Yunus yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf edərkən, onun qızı Diana da "cəbhədə əsgərləriniz ölsün, əclaflar" kəlməsi ilə ermənilərin daha böyük rəğbətini qazanıb
Elə də uzağa getməyərək, Diana Yunusovanın hələ ötən ilin yayında, Azərbaycan və Ermənistan cəbhəsində ermənilərin silahlı təxribat qruplarının atəşkəsi pozmaları nəticəsində şəhid olan əsgərlərimiz barədə sosial şəbəkədə paylaşdığı, ermənilərin isə həmin statusu bəyənərək, "like" (bəyəndim-R.N.) etdikllərini xatırladaq.
Beləliklə, həmin ərəfədə ölkəmizin bütün xəbər agentliklərində (əlbəttə ki, "Azadlıq" qəzetindən başqa-R.N.) yazılmışdı. Sitat: "Dinara Yunusovanın Vkontakte sosial şəbəkəsində yazdığı fikirlərini erməni dostları da dəstəkləyib. Artıq bir neçə gündür ki, cəbhə bölgəsində yaşanan gərginlik Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə geniş müzakirələr aparılan bir vaxtda hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinara Yunusova Vkontakte sosial şəbəkəsində Azərbaycan əleyhinə nifrətini püskürüb.
Daha çox rus və erməni millətindən olan internet istifadəçilərlə dostluq edən Dinara Yunusova ötən gün cəbhədə şəhid olmuş Azərbaycan əsgərləri barədə fikirlərini paylaşıb: "Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir."
Qeyd edək ki, Dinara Yunusovanın bu fikirləri onun erməni və rus dostları tərəfindən bəyənilmiş və hamılıqla erməni ordusunun "şücaət"indən danışmışlar".
Anası gəzən ağacı, balası budaq-budaq gəzir
Sizcə, bütün bunlar yuxarıda həmin təşkilat və mətbuatlar barədə hər şeyi tam çılpaqlığı ilə nümayiş etdirmirmi? Əgər bunun da əksinə düşünən varsa, bu zaman ermənipərəst Diana Yunusovanın ermənipərəst anası Leyla Yunusun Bakıda keçirilən "Eurovison" Mahnı Müsabiqəsi öncəsi xarici jurnalistlər qarşısında Azərbaycan dövlətinə və xalqına nə qədər nifrət, düşmən münasibəti sərgiləmidiyini xatırlayaq. Həmin vaxt Leyla Yunus yalnız söyüş söyəndə azərbaycan dilində danışdığını, başqa vaxtlarda isə ingiliz, rus dillərində fikirlərini bildirdiyini demişdi. Necə deyərlər, anası gəzən ağacı, balası budaq-budaq gəzir. Bu isə bir daha sübut edir ki, bu gün Leyla Yunusun qızı Diana Yunusovanın mövqeyini işıqlandıran "Le Monde" adlı ermənipərəst fransız qəzetinin yazısını öz səhifəsində tirajlayan "Azadlıq" qəzeti və onun gizli, yaxud açıq baş redaktoru, AXCP sədri Əli Kərimli, eləcə də onun ətrafı da Leyla Yunusun övladları olmasalar belə, onun gəzdiyi ağacın budaqlarına hoppanıb-düşürlər. Amma haraya və nə vaxta qədər, bunu zaman göstərəcək.
Rövşən NURƏDDİNOĞLU