PDF Oxu

Sosial

  • 14

Ölkəmizə qarşı həmin təşkilatların qərəzli mövqeyi ilə bağlı ölçü götürülsün

Ölkəmizə qarşı həmin təşkilatların qərəzli mövqeyi ilə bağlı ölçü götürülsün

Elçin Behbudov: "Bəzi hüquq müdafiəçilərinin Qərb təşkilatlarının yanında gözləri kölgəlidir"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov jurnalistlər üçün keçirdiyi mətbuat toplantısında hüquq müdafiəçisi xarıcı təşkilatların maraqlarına xidmət edən şəxslər haqqında maraqlı çıxış edib. O bildirib ki, bir sıra hüquq müdafiəçilərimiz Qərbin bəzi "hüquq müdafiəsi" təşkilatlarının Azərbaycana qarşı qərəzli mövqeyinə göz yumurlar: "Qərəzli mövqe sahiblərinin planı bəllidir. Həmin xarici təşkilatlar ermənilərin xüsusi göstərişləri ilə oturub - dururlar. Azərbaycanda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini həzm edə bilmirlər. Bunun üçün də guya Azərbaycanda məhbuslar üçün işgəncələr edildiyini önə sürürlər. Ermənistanda vəziyyət tamamilə acınacaqlıdır. Onu niyə demirlər? Amerikada 6 uşaq atasını boğaraq, güc tətbiq edərək küçənin ortasında polis qətlə yetirdi. Onu niyə qabartmırlar? Bir sözlə, öz gözlərində tiri görməyənlər, bizim gözlərimizdə çöp axtarırlar".

E.Behbudov Azərbaycanda bəzi hüquq müdafiəçilərinin bununla bağlı susqunluğunun narahatlıq doğurduğunu da qeyd edib: "Görünür, ölkəmizdəki bəzi hüquq müdafiəçiləri Qərb təşkilatlarının yanında gözləri kölgəlidir. Qorxurlar ki, həmin ölkələrdən ayaqları kəsilər. Ona görə də dinmirlər".

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri E.Behbudov vurğulayıb ki, media əhlini toplamaqda bir məqsədim var: "Qeyd edim ki, bizim təşkilatımız Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən həmin "hüquq müdafiəsi" təşkilatlarının qərəzli mövqeyinə etiraz edirik. Bununla bağlı elə bu gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissiyasına məktubla müraciət edəcəyik. Artıq məktub hazırdır. Bildirəcəyik ki, ölkəmizə qarşı həmin təşkilatların qərəzli mövqeyi ilə bağlı ölçü götürülsün".

Samir

Digər xəbərlər