PDF Oxu

Sosial

  • 8

Ölkəmizi qarış-qarış gəzən ilk Avropa Oyunlarının Məşəli Odlar Yurdunu dünyaya daha yaxından tanıdır

Ölkəmizi qarış-qarış gəzən ilk Avropa Oyunlarının Məşəli Odlar Yurdunu dünyaya daha yaxından tanıdır

Artıq birinci Avropa Oyunlarına bir gün də yaxınlaşdıq. Avropa Oyunlarının standarlanrını müəyyən edəcək Azərbaycan böyük qüvvə, potensialla çalışaraq tarixdə ilk Avropa Oyunlarınının yeni Azərbaycan modelini nümayiş etdirəcək.

Məlumdur ki, birinci Avropa Oyunlarının vətəni olacaq Azərbaycanda 6 mindən çox idmançı 20 növdə, 253 dəst medal uğrunda yarışacaq. İyun ayında Bakıda təşkil olunacaq möhtəşəm yarış Rio - 2016 Yay Olimpiya Oyunlarına 12 idman növü üzrə vəsiqə qazanmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin qeyd olunanlarla yanaşı, bütün dünya I Avropa Oyunlarında bir daha müstəqil Azərbaycan Respublikasının təşkilatçılıq bacarığının, yeni və bu günədək bənzəri olmayan təqdimat üslubunun, bir sözlə, önəmli yarışların yüksək səviyyədə qəbulunda innovativ yanaşmanın şahidi olacaq.

Bu gün Azərbaycanda böyük bayram əhvalı yaşanılır. 1-ci Avropa Oyunlarının məşəlinin ölkəmizi dolaşdığı hər məkanda bu sevinci sezmək mümkündür. Aprel ayını 26-dan start götürən məşəlin alovlandırma mərasimi uğurla həyata keçirilir. Məşəlin böyük coşqu ilə keçən qarşılanma mərasimləri, məşəl festivalları hər kəsin yaddaşında əziz bir xatirəyə çevrilir. Naxçıvandan başlanan alovlandırma Beyləqandan, Ağdamdan, Ağcabədidən, Qəbələdən, Qubadan və Azərbaycanın neçə-neçə regionlarından keçir.

47 gün ərizində ölkəmizi diyarbadiyar gəzəcək məşəl bu tarixi hadisəyə şahidlik edən sakinlərin sevinc və təəssüratlarını zənginləşdirir. Azərbaycanı diyarbadiyar dolaşan məşəl bir neçə gündən sonra Bakıya gətiriləcək. Artıq Avropa Oyunlarının Məşəl Səfərinin Bakıdakı marşrutu açıqlanıb. Bildiyimiz kimi, "Bakı-2015" Məşəli 26 aprel tarixində müqəddəs "Atəşgah" məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunları ismarıcını yayaraq və bütün əhalini təntənəli yarışlar ərəfəsində cəlb edərək Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gətirilməzdən əvvəl ölkənin 60 bölgəsinə səfər etmiş olacaq və alov festivalı keçirilən şəhərə bir saatlıq məsafədə yerləşməklə bölgə əhalisinin 99%-nə göstəriləcək.

Məşəl bazar günü, 7 iyun tarixində yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya - Qız Qalasına gətiriləcək. Daha sonrakı günlərdə 8 iyun tarixində "Bakı-2015" Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkı daxildir.

UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçərişəhərə, Bakının mədəniyyət və memarlıq obyektlərinə də səyahət istisna deyildir. "Bakı-2015" Məşəli 11 iyun tarixində final vaxtı üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.

Azərbaycan möhtəşəm yarışa elə möhtəşəm töhfələrini də verəcək. Axı 12 iyun tarixində keçirilək Avropa Oyunlarına Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə oyunları olacaq. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Birinci Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, paytaxtımızın ən gözəl guşələrini səyahəti həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün "Bakı-2015" ilk Avropa Oyunlarının məşəlinin alovlandırma mərasiminə tamaşa edən dünya ictimaiyyəti Azərbaycanın mədəniyyəti, tarixi, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən inkişafın şahidinə çevrilirlər.

NƏZAKƏT

Digər xəbərlər