PDF Oxu

Sosial

  • 8

Azərbaycan mətbuatı daha yüksək naliyyətlərə imza atacaq

Azərbaycan mətbuatı daha yüksək naliyyətlərə imza atacaq

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasına Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurası (AMŞ) ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, habelə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Qəzet baş redaktorları bu Sərəncamın bir daha Prezidentin jurnalistlərə göstərdiyi diqqət və mətbuatın inkişafına verdiyi önəm kimi qiymətləndirdilər.

"Prezidentə təmsil etdiyim mətbuat orqanı adından dərin minətdarlığımı bildirirəm"

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Hər zaman Prezident İlham Əliyev Azərbaycan mətbuatına diqqət və qayğı göstərib. Ölkə mətbuatının 130-135 illiyi öncəsi mətbuatımızın inkişafı, jurnalistlərin sosial problemlərinin, yəni mənzil problemlərinin həlli ilə bağlı imzalanan sərəncamlar Prezident İlham Əliyevin Azərbaycan mediasına verdiyi dəyərin bariz nümunəsidir. Azərbaycanda mövqeyindən və siyasi baxışlarından asılı olmayaraq insanların iştirak etdiyi sorğuda iki dəfə Prezident İlham Əliyev Azərbaycan mətbuatının dostu seçilib. Hesab edirəm ki, belə bir sorğu hər il keçirilərsə, hər dəfə də Cənab Prezident mətbuatın dostu seçiləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin söz və fikir azadlığına göstərdiyi münasibətlə Özünü hər zaman azad sözün, müstəqil medianın yanında olduğunu nümayiş etdirib. Bir daha Cənab Prezidentə təmsil etdiyim mətbuat orqanı adından dərin minətdarlığımı bildirirəm. Azərbaycanın inkişafı yolunda atılan bütün addımlarda Azərbaycan mətbuatı özünün birmənalı münasibətini göstərəcək və hər zaman dövlətçiliyimizin, milli maraqlarmızın yanında olacağıq.

"Azərbaycan mətbuatı daha yüksək səviyyədə inkişaf edəcəkdir"

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova:

- Azərbaycan mətbuatının 140 illiyilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam növbəti dəfə mətbuata diqqət və qayğının göstəricisidir. Bu gün mətbuat sahəsində əldə edilən uğurlar göz qabağındadır. Dövlətimizin mətbuata və mətbuat işçilərinə göstərmiş olduğu yüksək qayğı mediamızın daha da gücləndirilməsinə və inkişafına, savadlı, intellektli jurnalist kadrların yetişməsində böyük təkan verib. Azərbaycan mətbuatı daha yüksək səviyyədə inkişaf edəcəkdir.

"Prezident İlham Əliyevin verdiyi dəstək nəticəsində mətbuatımız inkişaf edərək bir çox uğurlar əldə edib"

"525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid:

- Hər zaman Prezident İlham Əliyev mətbuata xüsusi münasibəti ilə seçilib. Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan dövləti milli mətbuatın daha yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradıb. Yəni Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi hər zaman görünüb. Prezident İlham Əliyevin verdiyi dəstək nəticəsində mətbuatımız inkişaf edərək bir çox uğurlar əldə edib. Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi və jurnalistlərin mükafatlandırılması ilə bağlı Sərəncam imzalanmasına görə, Prezident İlham Əliyevə təşəkkür edir və minətdarlığmızı bildiririk.

"Bütün sahələrə olduğu kimi, mətbuatın inkişafına da Prezident İlham Əliyev xüsusi diqqət göstərir"

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Hər zaman Azərbaycan dövləti ölkə mətbuatına diqqət və qayğı ilə yanaşıb. Jurnalistlərin mükafatlandırılması, mətbuatın ildönümlərinin qeyd edilməsi ölkə Prezidenti tərəfindən xüsusi diqqətdə saxlanılır. Bütün sahələrə olduğu kimi, mətbuatın inkişafına da Prezident İlham Əliyev xüsusi diqqət göstərir. Hesab edirəm ki, bu Sərəncam da silsilə qayğıların nəticəsi və davamıdır. Ona görə də, Prezidentin Sərancamı yüksək hörmətə və diqqətə layiqdir.

GÜLYANƏ

Digər xəbərlər