PDF Oxu

Sosial

  • 13

"QHT-lər və jurnalistlər ictimai nəzarətin təşkili işində çox aktiv iştirak edirlər"

"QHT-lər və jurnalistlər ictimai nəzarətin təşkili işində çox aktiv iştirak edirlər"

Məlum olduğu kimi, çıxışlarının birində Azərbaycan Prezidenti İlham Əliyev dövlət qurumlarına ictimai nəzarətin olmasının vacibliyini bildirmişdi. Bu mövqe, tarixi çıxış həm də ictimai nəzarət funksiyasını yerinə yetirməli olan QHT-lərin məsuliyyətini daha da artırır. Müasir İnkişaf İçtimai Birliyinin sədri Mübariz Göyüşlü bizimlə söhbətində də bildirdi ki, Prezident İlham Əliyevin dövlət orqanlarının və məmurların fəaliyyətinə ictimai nəzarətin təşkili ilə bağlı qeyd etdiyi fikirlər çox mühümdür: "Zaman-zaman bu məsələlər gündəmə gəlib. Lakin məsələnin vacibliyi Prezident İlham Əliyev tərəfindən gündəmə gəlməsi, artıq onu deməyə əsas verir ki, bu mühüm məsələ tezliklə öz həllini tapacaqdır. Ümumiyyətlə, dünya praktikasında da qeyd olunur ki, QHT-lər və jurnalistlər ictimai nəzarətin təşkili işində çox aktiv iştirak edirlər. Bildiyiniz kimi, QHT-lərin işi könülülük xarakteri daşıdığına görə, onlar öz fəaliyyətlərindən mənfəət ummurlar. QHT-lərin mənfəəti yalnız cəmiyyətin ümumi mənafeyi olur. QHT-lərin belə bir prosesdə iştirakı nəinki mümkündür ki, hətta tətbiq oluna bilər".

Təşkilat sədrinin sözlərinə görə, ictimai nəzarət məsələsinə QHT-ləri cəlb etməklə hər hansı bir nazirliyin, dövlət təşkilatının işlərinə kömək edilmiş olnur: "Eyni zamanda cəmiyyət qərarların qəbulunda, onların icrasında iştirak etdiyinə görə daha da fəal şəkildə mövqe ortaya qoya bilir. Bu baxımdan, Prezident İlham Əliyev haqlı olaraq yenidən bu məsələləri gündəmə gətirib. Artıq vaxtdır ki, QHT-lər bir sektor olaraq, qurup olaraq formalaşdığı indiki zamanda bu işlərə cəlb olunsun. Düzdür, QHT-lərin özlərinin də çox böyük problemleri var. Hətta onların bəziləri hətta siyasi proseslərdə bir alət kimi istifadə olunurlar. Təbii ki, bu da yolverilməzdir. Amma bunu bütün QHT-lərə şamil emək olmaz".

GÜLYANƏ

Digər xəbərlər