PDF Oxu

Sosial

  • 7

Azərbaycan diaspor nümayəndələri Türkiyə parlamentində görüş keçirib

Azərbaycan diaspor nümayəndələri Türkiyə parlamentində görüş keçirib

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri Asif Qurbanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi İrfan Nəziroğlu ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, görüşdə İrfan Nəziroğlu Azərbaycan diaspor nümayəndələrini TBMM-də görməkdən məmnunluğunu, dost və qardaş dövlət olan Azərbaycana hər zaman dəstək göstərməyə hazır olduğunu deyib.

Nümayəndə heyəti adından çıxış edən cəmiyyətin sədri Asif Qurban qəbula görə Baş katibə təşəkkür edib. Daha sonra A.Qurban, Türkiyə əleyhinə qondarma erməni soyqırımı iddiaları ilə bağlı kampaniyanın aparılmasından narahatlığını ifadə edib. Diaspor rəhbəri Türkiyəni qondarma bir soyqırımda günahlandıranların yaxın tarixdə Azərbaycanın Xocalı şəhərində ermənilərin həyata keçirdiyi soyqırımı görməzdən gəldiyini xatırladıb: "Xocalı soyqımının canlı şahidləri həyatdadır, bu soyqırımını həyata keçirənlər hazırda Ermənistanın milli qəhrəmanlarıdır və dövlətin rəhbərliyində təmsil olunublar".

Asif Qurban daha sonra Azərbaycan türklərinin acısını paylaşmaq məqsədilə TBMM-də canlı şahidlərin də iştirakı ilə Xocalı soyqırımına həsr edilən sessiyanın təşkil olunmasını Baş katibdən xahiş edib. İrfan Nəziroğlu da öz növbəsində belə bir müzakirənin faydalı olacağını və bunun üçün lazımi dəstək verəcəyini deyib.

Daha sonra xatirə hədiyyələri təqdim olunub. Görüşdə Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Cavid Əliyev, Gülmira Kuruoğlu, Nurlanə Axundzadə Akfidan, Faiq İsayev, Fərid Novruzov və Vəfa Qurban iştirak edib.

ZÜMRÜD

Digər xəbərlər