PDF Oxu

Sosial

  • 10

ORUC TUTMAQ VƏ SƏBR...

ORUC TUTMAQ VƏ SƏBR...

Səbr İslam aləmində çox bəyənilən xüsusiyyətlərdəndir. Hər bir müsəlman özünün fərdi və ictimai həyatında öz məqsədləri yolunda mübarizə edir, çətinliklə üzləşir. Səbr olmazsa, çətinliklərə qalib gəlmək, məqsədə nail olmaq asan iş deyil. Səbr dözüm, möhkəmlik gücünü artırır. Çətinlik və müsibətə dözməyən cəmiyyət həç bir düşməninə qalib gələ bilməz. Yalnız səbr və dözümlə zülmkara qarşı mübarizə aparmaq olar. Oruc tutmaq əsasən susuzluğun insanı taqətdən saldığı yayın isti günlərində nəzərə çarpacaq dərəcədə səbr və dözüm bəxş edir, iradəsini möhkəmləndirir. Qurani-Kərim səbri bələ ifadə edir: Səbr, oruc və namazdan ancaq xeyir görmək olar. Əziz Pəyğəmbərimiz də ramazan ayını səbr ayı adlandırmışdır: Ramazan səbr ayıdır və səbrin mükafatı behiştdir. İmam Sadiq (ə) orucluğun bu xüsusiyyətinə işarə edib buyurmuşdur: Bir kəsə qəmli hadisə üz vərəndə Allahın buyurduğu kimi oruc tutur.

Ramazan ayında insanlar necə qidalanmalıdırlar?

İctimai həyatımızda önəmli yer tutan Ramazan ayında günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir. Oruc tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmamasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir.

Hər vaxt təklif edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi qoruyub saxlamaqdır. Orucluq ayında da pay sayının ən az üç hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yaranması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər.

Oruc tutan kəslərdə təzyiq yüksəkliyi, yorğunluq, unutqanlıq, diqqətsizlik, durğunluq, həzm çətinliyi, yuxuya meyl, əsəbilik və baş ağrısı kimi problemlər yarana bilər. Ona görə də, şüurlu olaraq bəslənmə tərzini və düzgün qidalanma üsullarını bilmək lazımdır.

Hansı nemətlərdən daha çox istifadə etməli?

Ramazanda iftar süfrələrinə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda kefir və qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Ət və əti əvəz edənlər: yağsız qırmızı ət, toyuq, balıq, quru paxlalılar, yumurtadan istifadə məsləhətdir. Çörək və taxıl məhsullarına gəlincə isə tam dənəli taxıldan hazırlanan çörəklər, çovdar, kəpək, yulaf xeyirlidir.

Susuzluğa necə tab gətirməli?

İnsan bədəninin yüzdə 70 faizini su təşkil edir. Buna görə də, su insanlar üçün həyati əhəmiyyət daşıyır. Susuz insan orqanizmində proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Orucluq ayının isti yay günlərinə düşməsi də insanlar üçün çətinlik yaradır. Avqust ayının qızmar günəşi insanların tərləməsinə, tez-tez susamasına səbəb olur. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Ona görə də, insanlar qida seçimində diqqətli olmalı, duzlu və ağır, qızartmalı yeməklər, sosiska, kolbasa kimi duz məzmunlu qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, sulu yeməklər seçməlidirlər. Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır.

İftarda su və sulu yeməklər, ayran və kompotun daha çox qəbul edilməsi faydalıdır. Qəhvə, çay, kola kimi içkilərdən uzaq olmaq məsləhətdir. Yaxşı olardı ki, yeməkdən yarım saat sonra yaşıl çaydan istifadə edilsin. Ümumiyyətlə bitki çaylarından istifadə məsləhətdir. İmsakda yaşıl çaydan istifadə susuzluğa tab gətirmək üçün faydalıdır.

Dişləri sürtmək üçün lazım olan diş pastalarının da seçiminə diqqət etmək lazımdır. Tərkibində soda olan diş məcunlarını işlətmək olmaz. Çünki onlar insanı susadır. Flüorlu diş məcunlarını seçmək məsləhətdir. Sübh yeməyini isə bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən sonra insan susayır. Su içməyə vaxt qalmalıdır. İmsakda su çox içilməlidir.

Sahura qalxmadan oruc tutmaq sağlamlığa zərərlidir!

İmsakda, sübh vaxtı yalnız su içərək orucu tutmaq və ya gecə yatmadan əvvəl yemək son dərəcə zərərlidir. Əgər sahur (sübh) payında ağır yeməklərdən istifadə edilərsə, gecə maddələr mübadiləsi zəiflədiyi üçün yeməklərin yağa çevrilmə sürəti yüksələr və kökəlmə riski artar. Ona görə də, imsaka mütləq qalxılmalı və bu payda yüngül bir nahar etməli, daha yavaş həzm edilən və daha uzun müddət toxluq hissi təmin edən zülallı və lifli yeməklər seçilməlidir. Bu qidalar tam taxıllı məhsullar, süd məhsulları, ət növləri, yumurta, tərəvəz və meyvələrdir. Sahur yeməyində mədənin boşalma müddətini uzadaraq acmağı gecikdirən zeytun, pendir, yumurta, pomidor, xiyar, bal və ya cem, süd, ya da qatıq, quru paxla, noxud, mərcimək yeməklərinin istehlak edilməsi təklif edilir.

Ramazan ayının 3-cü gününün duası:

Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.

Tərcüməsi:

İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

İsmak: 04:40

İftar: 21:30

(Ardı var)

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər