PDF Oxu

Sosial

  • 14

"Milli Şura"nın arxasında erməni disporu dayanır

"Milli Şura"nın arxasında erməni disporu dayanır

Mais Səfərli: "Əli Kərimli və Cəmil Həsənli də Rüstəm İbrahimbəyovla həmfikirdirlər "

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov yenə də öz ənənəvi mövqeyindən çıxış edərək erməniləri dostu adlandırıb. Bunu həm də "Milli Şura"nın mövqeyi kimi qiyymətləndirmək olarmı?

- Rüstəm İbrahimbəyov "Milli Şura" adlı bir qurumu yaradan adamdır. "Milli Şura"nın yaradılması ideyası və təşkilatçılıqı da ona məxsusdur. Maddi və mənəvi dəstəyi isə Rusiyadakı erməni diasporasından alır. Bu baxımdan Rüstəm İbrahimbəyov erməniləri dostu, qardaşı adlandırması "Milli Şura"nın mövqeyi deməkdir. Ümumiyyətlə, R.İbrahimbəyovun Azərbaycana heç bir adiyyatı yoxdur. Onu azərbaycanlı və Azərbaycan ziyalısı hesab etmək mümkün deyil. Ermənilər bizim düşmənimizdir və belə bir dönəmdə R. İbrahimbəyov kimi bir adamın ortaya düşüb erməniləri tərifləməsi və dostluqdan danışması heç də təəccüblü deyil. Çünki bu adamın bütünlüklə ətrafı ermənilərdən ibarətdir.

- Cəmil Həsənli də Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı mövqeyini müdafiə edib. Demək olarmı ki, bu cür yanaşma sifarişi Cəmil Həsənli, Əli Kərimli tərəfindən Rüstəm İbrahimbəyova çatdırılıb?

- "Milli Şura" adlı bir qurumda olan şəxslər əgər R.İbrahimbəyovun mövqeyini tənqid və etiraz etmirlərsə, onda həmin şəxslərin özləri də bu mövqeyi bölüşürlər. O cümlədən, Əli Kərimli və Cəmil Həsənli də R.İbrahimbəyovla həmfikirdirlər. Belələrinə ancaq bir ad vermək olar: erməni dəyirmanına su tökənlər.

- Sizcə, nəyə görə müxalifət öz maraqlarını xarici qüvvələrdən dəstək almaqla həll etməyə çalışır?

- Müxalifət partiyaları heç bir siyasi gücə malik deyillər. Onların açınacaqlı duruma düşmələrinin səbəbləri məhz özlərinin səhv, düşnülməmiş siyasətləridir. Fəaliyyətlərini Azərbaycanın siyasi gerçəkliyi üzərində deyil, maddi yardımlar aldıqları xarici qüvvələrin istək və tələbləri üzərində qururlar. Bu da Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, dövlətimizin milli maraqlarına yaddır. Belə uyğunsuz yol tutmalarıdır ki, cəmiyyət müxalifəti qəbul etmir. Ümumilikdə götürsək, demək olar ki, bu günə qədər müxalifət qüvvələri tərəfindən atılan addımlar onları uğursuzluğa aparıb və bundan sonra da belə olacağı şübhəsizdir.

GÜLYANƏ

Digər xəbərlər