AXCP sədri ona qarşı irəli sürülən ittihamlar qarşısında aciz, verilən suallar qarşısınfda isə cavabsız qaldığın bu cür etiraf edir!
"Vaxt gələcək, gələcək nəsillər araşdırıb, bizə tüpürəcəklər". Bu fikrin sahibi AXCP sədri Əli Kərimliyə uzun illər müşavirlik etmiş Zərifə Məhəddinovadır. Həmin Zərifə Məhəddinova ki, daim Əli Kərimlini ən çox müdafiə edənlərdən biri kimi tanınıb, mitinq və aksiyalarda radikalllığı ilə digər cəbhə funksionerlərindən seçilib, ancaq bu gün artıq belə şəxs kimi deyil, tamamilə başqa cür fərd kimi tanınmaqdadır. Hazırda isə Əli Kərimlinin müşaviri Avropa ölkələrinin birində oturaraq, həyatının ən böyük səhvini araşdırdır və araşdırdıqca AXCP sədri, həmçinin onun yaxın ətrafı barədə tükürpədici faktlar ortaya çıxır. Bəlli olur ki, siyasi maxinasiyaları vasitəsilə, Əli Kərimli onun evini, torpaq sahəsini, ailəsinə məxsus olan avtomobilləri belə mənimsəyərək, əlindən alıb! Gəlin onlardan bir neçəsinə diqqət yetirək: Keçmiş müşavir qeyd edir ki, AXCP rəhbərliyində adlarını "kişi" qoyanlar, əslində nakişiliklə məşğuldurlar və insanlara qarşı şantaj üsullarından istifadə edirlər.
Keçmiş müşavir: "Bilirdilər ki, partiyadakı diktator, elə-belə diktator deyil, daha amansız, daha həyasızdır"
Üstəlik, Əli Kərimli partiya daxilində konkter diktatura rejimi yaradıb və ondan uzaqlaşan istənilən şəxsə qarşı həyasızlıqla davranır, şantaj maşınını işə salır. Sitat: "Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə, yaltaqlanırdılar. Heç səmimi olmadılar. Hamı qorxurdu. Hətta hakimiyyətdən qorxmadıqları qədər partiya rəhbərliyindən qorxurdular. Bilirdilər ki, partiyadakı diktator, elə-belə diktator deyil, daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şər-böhtan dəstəsi var. Elə şərləyərdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi".
Zərifə Məhəddinova istəsəydi Əli Kərimliyə qarşı bu kimi sərt ifadələrini hələ fevral ayında bəyan edər, açıqlayardı
Bəli, əslində Zərifə Məhəddinovanın bu cür aşkar və real həqiqətləri önə sürməsi Əli Kərimli kimi şərbaz və şantajçı partiya sədrinin zamanında olunmasına daha çox impuls verə bilərdi. Məsələn, Zərifə Məhəddinova fevral ayında AXCP sıralarından qovulduğu zaman heç də bu cür sərt ittihamlar irəli sürməyərək, guya siyasi təşkilatdan ümumi razılaşma ilə ayrıldığını demişdi. Üstəlik, Əli Kərimli barədə heç bi pretenziyasının olmadığını da bildirmişdi. Amma indi...
İndi AXCP-nin keçmiş müşaviri tərəfindən verilən açıqlamalara nəzər saldıqca, tamailə başqa məsələləri, reallıqları görürük. Yəni Zərifə Məhəddinova istəsəydi "Əslində bu günkü AXCP 5-10 nəfərdən ibarətdir", "Əli Kərimli saqqalı çoxdan çaqqalın əlinə verib", "Seymur Həzinin, Asif Yusiflinin həbsində AXCP rəhbərliyinin əli var - çünki onlar oyanmışdılar, qurultay tələb edirdilər", "Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar. Bəzilərini də bazara yollayasan alma-armud satsınlar. Onda daha faydalı olarlar" tipli kəlmələrini hələ fevral ayında, Əli Kərimli onu qovarkən səsləndirərdi.
Amma bunu nəyə görə etmədiyini yenə Əli Kərimlinin və onun şantajçı ətrafı ilə əlaqələndirən Zərifə Məhəddinova nəticə etibarilə elə biz deyən yerə vurdub.
"AXCP-də siyasət, millətin bu günü və gələcəyi adına heç nə yoxdur!"
Gəlin daha bir sitata nəzər salaq: "İyrənc şantajla, əxlaq normalarından kənar işlərlə məşğul olmaq, bunu siyasətə gətirmək murdarçılıqdır. Sən sözün düzünü deyəni sıradan çıxar, sonra da əxlaqsızın birini millətə sırımağa çalış. Bu həyasızlığın formulasıdır. Cəmil, Şahvələd və Xədicə mənim üçün ölüblər. AXCP-də yalnız çayxana söhbətləri, ara vurmaq və düzəltmək işləri gedir. Kimdir orda siyasətçi? Gözəl, Həsən və Məmməd İbrahim? Onların heç birini siyasətçi kimi qəbul etmədim. Fuadı isə, ümumiyyətlə silmişəm. O, partiyaya həqiqətən Əliyə inanıb gəlmişdim. Gördüklərimdən məhv oldum. Orada siyasət, millətin bu günü və gələcəyi adına heç nə yoxdur!"
Buyurun, bu da bir fakt. İndi isə AXCP sədri zəhmət çəkib Zərifə Məhəddinovanın, həmçinin onun kimi digər sabiq cəbhəçilərin - ən azından, AXCP-nin eks sədr müavini Razu Nurullayevin, AXCP sıralarından onun avtoritar, şantajçı, yalançı, şərbaz və xəyanətkar rəhbər olması barədə irəli sürdüyü ittihamları cavablandırsın. Ancaq bunu gözləməyə dəyməz. Çünki Əli Kərimli susur, susmaq isə razılıq əlamətidir. Daha dəqiqi isə, AXCP sədri ona qarşı irəli sürülən ittihamlar qarşısında aciz, verilən suallar qarşısınfda isə cavabsız qaldığını etiraf bu cür edir. Baxaq görək, haraya və nə vaqxta qədər bu cür qalacaq. Hər halda onun barədə ucuz fərd olması haqqında irəli sürülən real faktlar onun danışmaması ilə də yetərlidir. Bilən bilir, o, kimdir və hansı yuvanın quşudur...
Rövşən RƏSULOV