PDF Oxu

Sosial

  • 13

Muxtar respublikada həkim və orta tibb işçilərinə ixtisas dərəcələri veriləcək

Muxtar respublikada həkim və orta tibb işçilərinə ixtisas dərəcələri veriləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinə bu ildən ixtisas dərəcələrinin verilməsinə başlanılacaq. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ixtisas komissiyası yaradılıb.Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcədən maliyyələşdirilən səhiyyə müəssisələrində tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən həkim və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə ixtisas dərəcələrinin verilməsi qaydaları müəyyən edilib.Qaydalara görə, tibbi xidmət sahələrində yüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.İxtisas dərəcələrinin verilməsinə qoyulan tələblərə əsasən, səhiyyə müəssisələrində çalışan və ixtisası üzrə əmək stajı beş ildən az olmayan ali və orta təhsilli tibb işçiləri ardıcıllıqla (ikinci, birinci, ali) ixtisas dərəcəsini almaq hüququna malikdirlər.İxtisas komissiyasının üzvləri tərəfindən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçən tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi məqsədilə, səhiyyə mütəxəssisinin beş il ərzində ixtisası üzrə fəaliyyəti barədə hesabatı ilə tanış olaraq, onların ixtisasına aid praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir. Tibb işçilərinə ixtisas dərəcələrinin verilməsi barədə ixtisas komissiyası tərəfindən rəy hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin təsdiq və ya dəyişdirilməsi barədə nazirlik qarşısında vəsatət qaldırılır.İxtisas komissiyası tərəfindən namizədin tibb üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsinin olması, rezidenturanı bitirməsi, elmi məqalələrin dərc edilməsi nəzərə alınır.Komissiyanın rəyi müvafiq formada hazırlanır və komissiyanın sədri, katibi, üzvləri tərəfindən imzalanır, təsdiq üçün nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə beş il müddətinə şəhadətnamə verilir.

AZƏRTAC

Digər xəbərlər