Biləsuvar rayonunun Xırmandanlı kəndində müasir tələblərə cavab verən 40 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılıb.AZƏRTAC xəbər verir ki, 9600 nəfər əhalinin yaşadığı kənddə tikilən bağça binasında hazırda hörgü işləri gedir. Məktəbəqədər müəssisədə yataq, oyun, tədris otaqları və mətbəx olacaq. Bağçada su anbarı tikiləcək, davamlı enerji təminatı üçün transformator yarımstansiyası quraşdırılacaq və istixana inşa ediləcək. Müəssisənin həyətində abadlıq işləri aparılacaq, gül-çiçək əkiləcək, yaşıllıqlar salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları, müxtəlif qurğular da quraşdırılacaq.Uşaq bağçasının bu ilin sonunadək tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC