PDF Oxu

Sosial

  • 7

Səbail rayonu 20-ci yaşayış sahəsində növbəti iftar süfrəsi verilib

Səbail rayonu 20-ci yaşayış sahəsində növbəti iftar süfrəsi verilib

Səbail rayonunun müxtəlif yaşayış sahələrində müsəlman-türk dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. Ay ərzində rayonun qəsəbələri və yaşayış sahələrində bir sıra iftar süfrələri təşkil olunmuş, imkansızlara dayaq olunaraq onlarla birgə süfrə arxasında bayram sevinci yaşanmışdır.

Dünən növbəti belə bir tədbir rayonun 20-ci yaşayış sahəsindəki "Bakı gecələri" şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, YAP Səbail rayon təşkilatının idarə heyəti və fəallarının, bələdiyyələrin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Bayıl-20-ci yaşayış sahəsində yaşayan müharibə veteranları, şəhid ailələri, ərazidə məskunlaşmış məcburi köçkünlərin - ümumilikdə 400 nəfərin iştirakı ilə keçirilibdir.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanılıb. İçəri şəhər "Cümə" məscidinin dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, "Bibiheybət Ziyarətgah məscidi" dini icmasının sədri, Qazi Hacı Rahib Babayev və İçəri şəhər "Həzrət Məhəmməd məscidi" dini icmasının sədri Hacı Xanmirzə Bağırov müqəddəs kitabımız olan "Qurani Kərim"in bizə nazil olduğu bu ayın fəzilətindən danışıblar və süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdırıblar.

Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirib. A.Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayaraq, Azərbaycanda toleyrantlıq ənənələri daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunmasından və yenilərinin, o cümlədən Səbail rayonunda Bibiheybət məscidinin, həmçinin Qafqazda ən böyük məscid olan Heydər Məscidinin tikintisindən danışıb.

Tədbirdə Ramazan ayının sonuna kimi iftar süfrələrinin Səbail rayonunun müxtəlif yerlərində o, cümlədən gündəlik olaraq İçəri şəhər "Cümə" və Bibiheybət məscidlərində də keçiriləcəyi bildirilib.

İftar süfrəsində Milli Məclisin Komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev iştirak edib.

Ü.ƏSGƏROV

V