PDF Oxu

Sosial

  • 6

Nizami rayonunda iftar süfrəsi təşkil olunub

Nizami rayonunda iftar süfrəsi təşkil olunub

Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd ediblər ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır: "Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur. Xalqımız daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib".

Qeyd edilib ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür: "Buna görədir ki, ölkəmizdə dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də islamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir. Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır".

Rayon sakinləri də öz növbəsində Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra 450 nəfərədək insanın iştirak etdiyi mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.

Mərasimdən sonra Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.

İntizarə Məmmədova

Digər xəbərlər