Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının şura iclası keçirilib. İclasda YAP Masallı rayon təşkilatının 2015-ci ilin I yarımili üçün qəbul olunmuş statistik, maliyyə hesabatlarının müzakirəsi və bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı məslələr müzakirə olunub.
Şura iclasını giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ölkəmizdə baş tutmuş I Avropa Oyunları münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu işdə əməyi olan hər kəsə partiya adından öz təşəkkürünü bildirib. S.Əliyev, həmçinin rayon təşkilatının 2015-ci ilin I yarım ili üçün statistik və maliyyə hesabatı, ikincisi isə qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı məluma verib: "Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olub. Qarşıdan növbəti parlament seçkiləri gəlir. Həmişə olduğu kimi, qələbəmizi əldə etmək üçün bu seçkilərdə də YAP Masallı rayon təşkilatında Seçki Qərargahı yaradılacaqdır. Seçkini müvəfəqiyyətlə başa vurmaq üçün, ərazi ilk partiya təşkilatları işlərinin günün tələbləri səviyyəsində qurmalıdır. Belə ki, bütün seçki məntəqələrinə partiyamız tərəfindən veriləcək məşvərətçi və müşahidəçilər seçki günü fəal olmalıdırlar. YAP Masallı rayon təşkilatında birləşən bütün ərazi ilk partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının namizədi olacaq şəxsin seçkiqabağı təbliğat və təşviqat kampaniyası həyata keçiriləcək, Seçki Qərargahının üzvləri də partiyamızın namizədinin müdafiəsi üçün bütün qüvvələrini səfərbər etməlidirlər".
S.Əliyev çıxışında onu da vurğulayıb ki, YAP-ın bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib gəlmə şansı yüksəkdir: "Çünki ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Azərbaycanın beynəlxalq səviyyəli layihələri xalqının sosial rifahının yüksəlməsinə, Azərbaycan dövlətinin güclü gələcəyinə hesablanaraq atılmış addımlardır. Biz əminik ki, bu seçkilərdə də Azərbaycan xalqı yenə öz ədalətli qərarını verəcək və YAP-ın növbəti parlaq zəfərini təmin edəcəkdir".
İclasda YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri, şura üzvü Məmmədhüseyn Hüseynov məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən veteran YAP üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov öz çıxışında ölkəmizdə baş tutmuş I Avropa Oyunları münasibətilə hər kəsi təbrik edərək, növbəti parlament seçkilərində partiya üzvlərini daha fəal və məsuliyyətli olmağa çağırdı.
Rayon təşkilatının şura üzvü Sevil Ağammədova çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir: "YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsi olaraq, bu seçkilərdə də partiya üzvü olan qadınlarımız fəallıq nümayiş etdirəcəklər".
Sonda icalsın qərar hissəsi oxunub və YAP Masallı rayon təşkialtının 2015-ci ilin I yarımili üçün qəbul etdiyi maliyyə və statistik hesabatları yekdilliklə qənaətbəxş hesab edilib.
ÜLVİ