PDF Oxu

Sosial

  • 6

Şamaxıda növbəti qanvermə aksiyası keçirilmişdir

Şamaxıda növbəti qanvermə aksiyası keçirilmişdir
Ramazan bayramı ilə bağlı Şamaxı rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Talassemiya digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə rayonda keçirilən növbəti qanvermə aksiyasında YAP Şamaxı rayon təşkilatının üzvləri, rayon icra strukturlarının nümayəndələri, idarə və təşkilatların kollektivləri, təhsil, səhiyyə müəssisələrinin işçiləri yüksək fəallıq nümayiş etdiriblər. Qan vermək üçün 280 nəfərdən çox rayon sakini müraciət edib. Humanitar aksiyada Şamaxı rayon mərkəzi xəstəxanasının baş həkimi Elxan Məmmədov çıxış edərək talassemiyalı xəstələrə yardım göstərilməsinin ölkəmizdə ictimai xarakter aldığını vurğulayaraq bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Talassemiyasız həyat naminə" mövzusunda keçirilmiş dəyirmi masadan sonra bu xəstələrin problemləri diqqət mərkəzində olaraq, belə aksiyaların keçirilməsi gözəl bir ənənəyə çevrilibdir. Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının təşkili, ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkənlərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və qan bankının yaradılması üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 2009-cu il mayın 9-dan fəaliyyət göstərən Talassemiya Mərkəzi inşa edilmişdir. Həmçinin, talassemiya xəstəliyi ilə mübarizənin kəskinliyi və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə cari ilin fevral ayının 10-da "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramın preampulasında qeyd olunduğu kimi, Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır və hər il respublikamızda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Buna görə də bu kimi aksiyalar böyük şəfqət kampaniyasına çevrilir.

Qeyd olunub ki, aksiya zamanı əldə olunan qan ehtiyatı Respublika Mərkəzi Qan Bankına göndəriləcəkdir.

R.HÜSEYNOVA