PDF Oxu

Sosial

  • 12

Şahin İsmayılov: “Bütün tarix dərslikləri Azərbaycandan yazacaq” AÇIQLAMA

Şahin İsmayılov: “Bütün tarix dərslikləri Azərbaycandan yazacaq” AÇIQLAMA

"Ümumiyyətlə hələ də Avropa Oyunlarının boşluğunu hiss edirik. Baxmayaraq ki, Oyunlar artıq yekunlaşıb. Bu oyunlardan Azərbaycanın çox qazancları oldu". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib.ATGTİ sədrinin sözlərinə görə, təqribən iki həftə ərzində bu oyunlar zamanı bütün dünyanın idman ürəyi Bakıda döyündü. Onlar beynəlxalq aləmdə Azərbaycanı daha yaxından tanıdılar. Bir neçə yüz milyon insanın eyni vaxtda bütün diqqəti Bakıya yönəldi. Bildiyiniz kimi, hər bir dövlətin strategiyası var. Bu strategiyalardan biri də həmin dövlətin daha düzgün və olduğu kimi tanınmasıdır. Hər bir dövlət bu strategiyasını həyata keçirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Düşünürəm ki, "Bakı 2015" Avropa Oyunlarının bu səpkidə Azərbaycanda həyata keçirilməsi ölkəmizin müasir müstəqilliyində qazandığı uğurların ən gözəl göstəricisi idi. Azərbaycan öz uğurlarnı necə var idisə, elə də dünyaya göstərdi. Bu, olduqca böyük tədbir idi. Avropanın, qədim qitənin ilk oyunlarının Azərbaycanda keçirilməsi olduqca böyük tarixi hadisə idi. Bir neçə yüz il keçəcək, bütün tarix kitablarında, dərsliklərdə yazılacaq ki, ilk Avropa Oyunları Odlar yurdu Azərbaycanda keçirilib".Ş.İsmayılov əlavə edib ki, gənclər də bu prosesdə aktiv şəkildə iştirak etdilər: "O cümlədən ATGTİ də bu prosesə aktiv şəkildə qoşuldu. Təqribən 20 minə yaxın gənc könüllü burada iştirak etdi. Onlar oyunların ərsəyə gəlməsində öz əməklərini, ürəklərini verdilər. Bu gəncləri heç kim məcbur etmirdi ki, yarışlarda iştirak etsinlər. Sadəcə onlar Vətənə bağlı, dövlətə olan sevgiləri ilə bunu etdilər. Düşünürəm ki, bu oyunlar Azərbaycanda könüllülük mədəniyyətinə olduqca böyük bir dəstək oldu. Biz bundan sonrakı tədbirlərdə də bu könüllülərdən istifadə edəcəyik. İdman arenalarına tamaşaçıların gəlməsi, azarkeşlərin aktiv şəkildə iştirak etməsi, idmançılarımıza dəstək olması da bizim uğurumuz idi. Bütün bunlar cəmiyyətin Avropa Oyunlarına olan münasibəti idi. Hətta bu oyunlar beynəlxalq aləmə bir mesaj da verdi ki, Azərbaycanda dövlətlə xalq arasında heç bir ayrı-fikirlilik, ayrı-seçkilik yoxdur. Beləcə, hakimiyyət xalqın istəklərini icra edir. Sonda bu işlərin ərsəyə gəlməsində, bizə belə gözəl anların yaşanmasında verdikləri dəstəyə görə başda cənab Prezident İlham Əliyev olmaqla, xanımı birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".

sia.az

Digər xəbərlər