Qobustanda son illər arıçılıq intensiv olaraq inkişaf edir və hazırda rayonda arı ailələrinin sayı 1338-ə çatıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hər il orta hesabla 14-15 ton bal istehsal olunan bölgədə cari mövsümdə 17 tondan çox məhsul gözlənilir. Hər il Bakıda keçirilən yarmarkaya orta hesabla 4 ton bal aparılır.Qobustanda arı ailələrinin sayı ildə orta hesabla 150-200 ədəd artır. Burada əsasən yerli cinsdən olan "Boz Qafqaz" və "Qabaqtəpə" arıları bəslənilir.
AZƏRTAC