PDF Oxu

Sosial

  • 5

Gözəl niyyətlər və xeyirxah əməllər bayramı

Gözəl niyyətlər və xeyirxah əməllər bayramı
Azərbaycan tarixi, mədəniyyəti, multikulturalizm dəyərləri, tolerantlıq ənənələri ilə tanınan bir dövlətdir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin inkişafına xüsusi önəm verilir, məscidlər, ziyarətgahlar tikilir, bərpa olunur. Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilib. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri 743-cü ildə tikilib, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, eləcə də Qafqazda analoqu olmayan bir məscidin Heydər məscidinin istifadəyə verilməsi ölkə rəhbərini milli dəyərlərimizə, adət-ənənələrimizə olan münasibətini daha bir təzahürürdür.

Belə bir şəraitdə yaşayan Azərbaycan xalqı hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan bayramını hər il olduğu kimi bu ildə böyük sevinclə qeyd edir, Bu da ölkəmizdə multikultural və tolerant prinsiplərin bir daha özündə ehtiva etmiş olur. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir.

Bildiyimiz kimi, Ramazan bayramı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldu. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bildilər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazandılar. Orucluğun sınaqlarından alnıaçıq çıxan insanlar bu günü bayram edirlər.

Ramazan bayramı ramazan ayının sonunda, orucun sona catması münasibəti ilə qeyd edilir. Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük sevinc hissi ilə yola salır.

Ramazan bayramınız mübarək!

NƏZAKƏT