PDF Oxu

Sosial

  • 5

TürkPA Baş katibi ATƏT-in Daimi Şurasında çıxış edəcək

TürkPA Baş katibi ATƏT-in Daimi Şurasında çıxış edəcək

ATƏT-in Serbiya Sədrliyinin dəvəti ilə TürkPA Baş katibi Jandos Asanov ATƏT Daimi Şurasının 23 iyul 2015-ci il tarixində keçiriləcək iclasında çıxış edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Asanov Şura üzvlərini TürkPA-nın son fəaliyyətləri, gələcək məqsəd və vəzifələri haqqında məlumatlandıracaq.Daimi Şura Vyanada yerləşən ATƏT qərargahında müntəzəm olaraq toplanan, ATƏT məkanında baş verən məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edən ATƏT-in əsas qərar verici orqanlarından biridir. Ənənəvi olaraq, ATƏT-in Fəaliyyətdə olan Sədrliyi ATƏT məkanında yerləşən regional təşkilatların təmsilçilərini Daimi Şurada çıxış etmək və onların fəaliyyətləri haqqında məlumat vermək üçün dəvət edir. Belə ki, TürkPA 2012 və 2013-cü illərdə də ATƏT Sədrliyi tərəfindən dəvət edilib.

sia.az

Digər xəbərlər