İyulun 30-da Xızı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasında 45 nəfərə işə göndəriş verilib.AZƏRTAC xəbər verir ki, yarmarkada ümumilikdə 28 idarə, müəssisə və təşkilatda 127 vakant iş yeri işsiz və işaxtaran şəxslərə təklif olunub. Bu iş yerlərinin 110-u dövlət müəssisələri, 17-si isə qeyri-dövlət təşkilatları tərəfindən təqdim edilib. Təklif edilən işlərə görə əmək haqqı 105 manatdan 700 manatadək məbləğdə müəyyənləşdirilib.Əmək yarmarkasına gün ərzində 200 nəfərə yaxın işsiz və işaxtaran müraciət edib. İşaxtaranlara təklif olunan iş yerləri arasında təhsil, səhiyyə və kənd təsərrüfatı sahələri üstünlük təşkil edib.
AZƏRTAC