PDF Oxu

Sosial

  • 8

Gəncə çayının sağ sahilində salınan park-bulvarda işlər sürətləndirilib

Gəncə çayının sağ sahilində salınan park-bulvarda işlər sürətləndirilib

Tikintisinə keçən il başlanan Gəncədəki park-bulvar kompleksində inşaat işləri xeyli sürətləndirilib. 1,5 kilometr uzunluğunda olacaq park-bulvarın artıq bir kilometrində bəndvurma işləri başa çatdırılıb.Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov AZƏRTAC-a deyib ki, hazırda park-bulvar kompleksində işlər bir neçə istiqamətdə aparılır. Bir tərəfdə bəndvurma, çayın məcrasının bərpası, mövcud körpülərin təmiri, digər tərəfdə isə çayın sahilinə düşən və şəhərin ümumi görünüşünə xələl gətirən qanunsuz tikililərin sökülməsi işləri aparılır. Bulvardan yaşayış massivlərinə çıxış pilləkənləri hörülərək, gülbaxt daşı ilə üzlənib. Həmçinin park-bulvar boyu yaşıllıq da salınacaq.

AZƏRTAC

Digər xəbərlər