Tovuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə Tovuzda 9 min 850 hektar sahənin taxılı biçilib, 31 min 379 ton məhsul istehsal olunub. Tədarük edilən taxılın 30 min 534 tonu buğda, 845 tonu isə arpadır.Buğda zəmilərindən orta hesabla hektardan 32,1 sentner məhsul götürülüb ki, bu da ötənilkindən 1,9 faiz yüksəkdir.
AZƏRTAC