PDF Oxu

Sosial

  • 12

Səbailli yeniyetmələr Qubaya istirahətə göndərilmişdir

Səbailli yeniyetmələr Qubaya istirahətə göndərilmişdir

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail rayon icra hakimiyyəti tərəfindən hər il olduğu kimi, bu il də bu istiqimətdə bir sıra tədbirlər hazırlanmışdır. Dünən "Sahil bağı"nda keçirilən tədbirdə Səbail rayon icra hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının artıq 10-cu dəfə həyata keçirdiyi birgə layihəsi və İstək Liseyinin iştirakı ilə "Şahinlər" Yay İstirahət Düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib.

İlk öncə gənc "Şahinlər" Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.

"Sahil bağı"nda keçirlən tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanılıb.

Keçirlən tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısı Cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışaraq, uşaqlara şən və yaddaqalan istirahət arzulayıbdır. Tədbirdə bildirilib ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaqdır: "Quba şəhərinin mənzərəli yerində yaradılmış Hərbi-Vətənpərvərlik Təmayüllü Yay İstirahət Düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" Uşaq Kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınır. "İstək" Liseyinin Quba filialının bazasında yaradılmış düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmiş, istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək, düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmışdır. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar. Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup düşərgəyə təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.

Sonda qeyd olunub ki, səbailli yeniyetmələrin yay istirahəti və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşil olunacaqdır.

Daxili Qoşunlar Baş İdarəsi mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi, polkovnik Mətləb Qənbərov çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq, onlara xoş istirahət arzulayıb.

Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək, Qubaya yola düşüblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər