Gəncədə yaşayıb yaratmış ədiblərin ədəbi irsinin təbliği, muzey sahəsində gənclərin könüllülük fəaliyyətinin artırılması, yeni layihələrin icrasında onların ictimai fəallığının yüksəldilməsi məqsədilə Məhsəti Gəncəvi Mərkəzində yeni "Könüllülər qrupu" yaradılıb.Bu münasibətlə keçirilən tədbirdən əvvəl iştirakçılar Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş rəsm qalereyasına baxıb, şairənin dövrünün milli geyim nümunələri, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri ilə yaxından tanış olublar.Mərkəzin direktor əvəzi Zərifə Xasayeva AZƏRTAC-a deyib ki, yaradılan bu qrup zəruri təbliğat və maarifləndirmə işləri aparmalarında onlara dəstək verəcək.
AZƏRTAC