PDF Oxu

Sosial

  • 10

Ağstafa Musiqi və İncəsənət Mərkəzinin tikintisi sürətlə davam etdirilir

Ağstafa Musiqi və İncəsənət Mərkəzinin tikintisi sürətlə davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2014-cü il tarixli "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Ağstafa şəhərində inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisi sürətlə davam etdirilir.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qısa zamanda xeyli işlər görülüb. Artıq Mərkəzin konsert salonunun dam örtüyü vurulub və binaya arxitektura baxımdan gözəllik verən arxa fasad hissəsi tamamlanıb. Hazırda binanın sinif otaqları, zal və foyesində, eləcə də yardımçı otaqlarda daxili tamamlama işləri aparılır. Tikintidə layihə üzrə nəzərdə tutulan işlərin sürətlə aparılması təmin edilir.

AZƏRTAC

Digər xəbərlər