PDF Oxu

Sosial

  • 5

"İnsan hüquqları, demokratiya və sülh"

"İnsan hüquqları, demokratiya və sülh"

Sərgi "Sülh aylığı" çərçivəsində təşkil olunub

Məlum olduğu kimi, 21 sentyabr tarixi bütün dünya ölkələrində "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Avqustun 21-dən başlayaraq sentyabrın 21-dək isə respublikamızda "Sülh aylığı" keçirilir.

Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları maarifləndirmə tədbirlərini həyata keçirir. Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.

Dünən "Sülh aylığı" çərçivəsində Milli Kitabxanada tədbir təşkil olunub. Sülh və insan hüquqlarını təbliğ edən "İnsan hüquqları, demokratiya və sülh" başlığı altında açılan kitab sərgisində mövzunu özündə geniş əhatə edən sülh, demokratiya, insan hüquqları ilə bağlı 100-dən artıq kitab nümayiş olunur.

ZÜMRÜD

Digər xəbərlər