Gəncədə əlilliyin bərpasına və xəstələrin vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirlər davam etdirilir.Bu barədə Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərə nisbətən cari ildə sanatoriya və kurortlara, eləcə də turist mərkəzlərinə göndərilən I və II qrup əlillərin sayı xeyli artıb. Cari ilin 7 ayı ərzində mərkəz tərəfindən 57 əlil Naftalana və Nabrana, 1 nəfər Abşerona, 1 nəfər Bilgəhə, 53 nəfər isə müxtəlif istirahət mərkəzlərinə göndərilib. Müalicəyə və istirahətə göndərilənlər arasında şəhid ailələrinin üzvləri, İkinci Dünya müharibəsi və Çernobıl əlilləri də var.
AZƏRTAC