PDF Oxu

Sosial

  • 9

Qazaxda zoğal yığımına başlanıb

Qazaxda zoğal yığımına başlanıb

Apreldə çiçək açıb, avqustda bar verən cürdək boğaz zoğalın yığımına başlanılıb. Digər meyvələrə nisbətən gec yetişən zoğal bu il bol məhsuldarlığı ilə seçilir. Hazırda Qazaxda bu meyvənin dərilməsinə başlanlıb. Daha çox səhər saatlarında yığılan zoğal hər ağacdan 150-200 kiloqrama yaxın məhsul verir ki, bu da bağbanları sevindirir. Rayona bir neçə il əvvəl gətirilən cürdək boğaz zoğal məhsuldar olduğu üçün Qazaxın əksər kəndlərinə yayılıb. Bu il məhsulun satışı da bağbanların ürəyincədir. Hazırda 1 kiloqram zoğal 60-70 qəpiyə satılır.Bağ sahibi Yolçu Şahvələdov AZƏRTAC-a bildirib ki, bazarda daha çox mürəbbə, kompot, turşu üçün alınan zoğalı becərmək o qədər də çətin deyil. İri, sağlam meyvələrin olması üçün cürdək boğaz zoğalın tez-tez suvarılması vacibdir.Həm yerli, həm də xarici bazara çıxarılan zoğalı uzun müddət saxlamaq mümkündür. Elə buna görə də həyətlərdən toplanan zoğal daha çox Rusiyaya göndərilir ki, bu da bağbanlar üçün sərfəlidir.

AZƏRTAC

Digər xəbərlər