PDF Oxu

Sosial

  • 9

Ağdam rayonunun fərdi təsərrüfatlarında 246 hektar sahədə təkrar əkin aparılıb

Ağdam rayonunun fərdi təsərrüfatlarında 246 hektar sahədə təkrar əkin aparılıb

Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq Ağdam rayonunun fərdi təsərrüfatlarında 246 hektar sahədə təkrar əkin aparılıb.Ağdam rayon statistika idarəsinin rəisi Xosrov İsmayılov AZƏRTAC-a bildirib ki, əkinin 78,5 hektarını yem üçün qarğıdalı, 39,7 hektarını digər yem bitkiləri, 53,2 hektarını kələm, 20 hektarını pomidor, 18 hektarını mətbəx çuğunduru, 22,4 hektarını xiyar, 9,7 hektarını yerkökü, 0,5 hektarını lobya, 4 hektarını dənli bitkilər təşkil edir.Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.

AZƏRTAC

Digər xəbərlər