PDF Oxu

Sosial

  • 14

Gəncədə ünvanlı sosial yardım alanların sayı azalıb

Gəncədə ünvanlı sosial yardım alanların sayı azalıb

Gəncədə ünvanlı sosial yardım alanların sayı ildən-ilə azalır.Şəhər əhalinin sosial müdafiə mərkəzinin direktor müavini Bəyalı Xəlilov AZƏRTAC-a bildirib ki, bu, Gəncədə əhalinin güzəranının yaxşılaşması ilə bağlıdır.Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində şəhərdə 3254 nəfər dövlətdən yardım alıb. Keçən ilin müvafiq dövründə isə bu rəqəm 3544 nəfər təşkil edib. Gələcəkdə ünvanlı sosial yardım alanların sayının daha da azalacağı proqnozlaşdırılır. Çünki yaxın vaxtlarda şəhərdə yeni texnoparkın istifadəyə verilməsi nəticəsində işsizlik bir qədər də azalacaq.

AZƏRTAC

Digər xəbərlər