Artıq bir neçə gündür ki, Şamaxı rayonunun üzümçüləri məhsul yığımına başlayıblar.Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, qısa vaxtda plantasiyalardan 3000 tona yaxın məhsul yığılıb. Rayonda daha çox üzüm plantasiyalarının olduğu Şəhriyar, Mədrəsə, Sabir qəsəbə, Çarhan, Adnalı, Meysəri kənd ərazi vahidlərində hər gün bağlara yüzlərlə işçi çıxır.Qeyd edək ki, Şamaxı hələ Sovetlər Birliyi dövründə respublikamızın ən iri üzümçülük bölgələrindən biri olub. Son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət dəstəyi də bu sahədə fermerlərə geniş imkanlar açır.Hazırda rayonda plantasiyaların sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1256 hektarı məhsuldardır.Ötən il 6126 ton üzüm yığılan rayonda cari ildə 8000 tona yaxın məhsul götürüləcəyi gözlənilir.
AZƏRTAC