PDF Oxu

Sosial

  • 43

Balakəndə qarğıdalı sahələrində bol məhsul yetişdirilib

Balakəndə qarğıdalı sahələrində bol məhsul yetişdirilib

Artıq bir neçə gündür ki, Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonun təsərrüfatlarında 7101 hektar sahədə qarğıdalı əkilib. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişdirilib. Proqnozlara görə, ötən il olduğu kimi, bu il də rayonda 40 min tona yaxın qarğıdalı istehsal ediləcəyi gözlənilir.

AZƏRTAC

Digər xəbərlər