PDF Oxu

Sosial

  • 33

UNEC Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir

UNEC Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyədə səfərdə olub və bir sıra universitetlərdə görüşlər keçirib.

Universitetin mətbuat xidmətindən aldığımız məlumata əsasən, Türkiyənin Qazi Universitetində keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib. Professor Ə.Muradov Qazi Universitetinin Elmi Şurası qarşısında çıxış edib. Daha sonra hər iki universitetin rektoru – professor Ədalət Muradov və professor Süleyman Büyükberber arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədə əsasən, UNEC-in "Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi"ndə Qazi Universiteti ilə birlikdə ilk mərhələdə "Biznesin idarə edilməsi" ixtisasında magistratura pilləsində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi və "ERASMUS+" proqramında birgə əməkdaşlığın həyata keçirilməsi mümkün olacaq.

Daha sonra Bilkənt Universitetinin rektoru, professor Abdullah Atalar, Hacettepe Universitetinin rektoru, professor Murat Tuncerlə, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin rektoru, professor Adem Şahinlə keçirilən görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində UNEC rektorunun Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç və sədr müavini, professor Mehmet Şişmanla görüşü zamanı iki ölkə universitetləri arasındakı əməkdaşlıq əlaqələri, o cümlədən Türkəyənin digər ali təhsil ocaqları ilə əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. Sədr Yekta Saraç UNEC-in Türkiyə universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ikili diplom proqramlarına dəstək verəcəyini bildirib.

NƏZAKƏT

Digər xəbərlər